Qızıl Qaranohur
Qaranohur
gölü İsmayıllı rayonunun Talıstan kəndində yerləşir.
Hər tərəfi
müxtəlif növ ağaclardan, giləmeyvələrdən (dadlı olur,ələxsus da böyürtkənlər) və
dağlardan ibarət gözəl mənzərəli
yollarla yürüyüb 1520 m hündürlüyə çatdıqdan sonra gözlərinizin önünə o qədər
füsünkar bir mənzərə çıxacaq ki, ora qalxarkən ciyərinizi göynədən nəfəs
darlığını, yorğunluqdan dizlərinizin sözünüzə baxmayıb tir-tir titrəməsini elə
həmin anda unudacaqsınız. Gölətrafı ağacların yarpaqlarının hər birinin fərqli
rənglərdə olmağı, Gölün suyunun şəffaflığı və rəngarəng yarpaqlı ağacların əksinin
gölə yansıması sizə sehirli dünyadaymışsınız kimi hiss etdirəcək.
Əgər mənim kimi rəngarəngliyi sevən, ürəyi gedən, yıxılıb sürünən (yox,abartmadım) birisinizsə o zaman sizə Qaranohur Gölünə Payızda getməyin ən gözəl fikir olduğunu deyə bilərəm.
O gözəlliyi
gedib görə bilmək üçün lazım olacaq əşyalar isə bunlardır :
1.
Əşyalarınızı daşıya bilmək üçün bel çantası (sukeçirməz olması məqsədə
uyğundur)
2.
Su, qida (buterbrod,quru meyvələr və s. kimi bel çantanızı ağırlaşdırmayacaq
qidalar).
3.
Əlavə corab, T-shirt
4.
Yürüş çubuqları
5.
Hiking üçün nəzərdə tutulmuş və ya altı
sürüşkən olmayan idman ayaqqabıları ( hərgah mən təcrübəsizlikdən altı sürüşkən
geyib tur boyu konki üzərindəymişəm kimi
davamlı sürüşürdüm )
6.
Yağmurluq.
Büdcəyə
gəldikdə isə demək istəyirəm ki, qiymət 25-30 AZN arası dəyişir və bu adətən
seçdiyiniz turdan asılı olur. Əgər büdcəniz buna uyğun deyilsə, o zaman
avtostopla getmək daha məqsədə uyğun olacaqdır.
Hə,
unutmadan deyim ki, əgər siz də mənim kimi danışmağı və gülməyi, eləcə də
canınızı sevən birisinizsə, Backpack Azerbaijan'ın
tur bələdçilərini seçsəniz peşman
olmazsınız.
Onlar
nəinki sizin təhlükəsiz şəkildə yüksəkliyə dırmaşmağınıza yardımçı olacaqlar, eyni
zamanda yolculuğunuza rəng qatacaqlar. Oxusanız
oxuyacaqlar, oynasanız oynayacaqlar :) Hətta mənzərədən çox yolculuğunuzun rəngarəngliyinə
heyran qalacaqsınız deyə bilərəm.
Beləliklə
hər birinizə hər an gözəl mənzərələrlə qarşılaşmaq diləyilə yolunuz açıq olsun
deyirəm!
Gülər Əkbərli