Bangkok Bələdçisi
Bangkokun tam adını görəndən sonra niyə Guinness rekordlar kitabında olduğunu
anlayırıq. Tam adı
(mən
cümlə deyərdim) - "Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara
Yuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan
Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit”dir.
Mən
Bangkoka Air Astana hava yolları ilə Bakıdan gəldim. Qazaxıstanda 6 saat
tranzitdə qaldıqdan sonra bir əlavə 6 saatlıq uçuşla da Bangkoka gəldim. Hava
limanı o qədər böyükdür ki, oradan tam 3 saata çıxa bildim. Hava limanında
olarkən siz visa qeydiyyatından keçmək üçün balaca göy rəngli blank
doldurursunuz hansı ki, buraya gəliş məqsədiniz, neçə gün qalacaqsınız, növbəti
şəhəriniz, qalacağınız yeri və s. qeyd edib doldurmalısınız. Mən tam doldurmamışdım
deyə boş yerləri işarələyərək yenidən yazmağımı xahiş etdilər. Passport
kontrolda blank və sadəcə passporta ehtiyacınız olur. Lakin Çin Ərəb, Rus kimi
dövlətlərdən gələn insanların doldurduğu blank fərqli idi və orada suallar daha
çox idi.
Bangkoka İran, Rusiya, Türkiyə kimi bizə yaxın ölkələrdən də uçuşlar vardır.
Suwarnabhumi hava yolundan şəhərə gəlmək üçün bir çox alternativ yollar var.
Taksi, avtobus, metro və avtostop ????Mən
yuxusuz və ac olduğumdan ən tez olan metronu seçdim. The Airport Rail Link adlı
qatara minərək gedəcəyiniz yerə ən yaxın stansiyada düşə bilərsiniz. MRT (The
Metropolitan Rapid Transit) xəttinə keçid üçün Makkasan Citydə düşüb Petchaburi
stansiyasına keçid edin. (Bizim 28 may-Xətai-Cəfər Cabbarlı keçidi kimi :D)
ordan sonra gedəcəyiniz yerə yaxın stansiyanı özünüz dəqiqləşdirirsiniz). Bilet
45 Bahtdır(1.50 USD).
Əgər avtobus istifadə etsəniz biletin qiyməti 20-30 Bahtdır(0.64-0.96 USD)
Taksilərin qiyməti isə 100 Bahtdan başlayır və gedəcəyiniz yerə görə dəyişir.
Aeroporta olduğunuz zaman nömrələr satılan stendlərlə qarşılacaqsınız. Burada
turistlər üçün xüsusi nömrələr vardır ki, 7, 8, 10, 15, 20, 30 gün müddətində
aktiv olur və sizə minimum 9 GB, maksimum 130 GB internet təklif edir. Qiymətlər
isə 199-649 Baht (6.40-20.70 USD) aralığındadır. Qeyd edim ki, bu qiymətlər
“dtac” markalı GSM üçündür.
Mənim
hostelim Sanam Chai stansiyasına 30 dq uzaqlıqda idi. Hostelə qədər piyada
getdim və yolumun üstü məbədlərlə dolu idi. Dünyanın hər bir yerində məbədlər
vardır və o qədər turistin arasına qarışmaqdansa, məbədlərin yanından sadəcə
ötüb keçdim. 2 yuxusuz gündən sonra hosteldə bir az istirahət etmək yaxşı hiss
etdirdi.
Günorta
Bangkok elə də canlı olmur. Mən ara küçələrdə gəzib, ordakı əhali ilə tanış
olurdum. Ehtiyatlı olun amma onlardan qorxmayın. Yaxınlaşın, söhbət edin. Onlar
çox mehriban və nəzakətlidirlər. Düşünürəm
ki, Buddizmin buna təsiri çoxdur. Araşdırma edəndə gördüm ki, bir çox səyahətçilər
də bunun səbəbini Buddizm dinində görür. Əsas məğz budur ki, mən nə qədər yaxşı
insan olsam, nə qədər başqalarının malında gözüm olmasa, o biri dünyada bunlar
hamısı mənə qayıdacaq. Sizə kömək etmək üçün əllərindən gələni edəcəklər.
Yeməkləri:
Thailandlılar
dənizdən nə tapsalar bişirib yeyirlər. Həqiqi mənada hər şey. Sabit mətbəxləri
yoxdur. Ətraf ölkələrin – Laos, Kamboçya, Vietnam, Çin mətbəxlərinin təsiri
burada hiss olunur. Mən hostelə gedəndə
yolda street foodlardan yedim. Axşamı mənimçün pis oldu. İkinci bir şok yaşamamaq üçün Mc Donalds və
Burger King seçimim idi. Thai yeməkləri restoranlarda daha yaxşı və təmizdir
(Gördüyüm qədərilə). Siz gedəndə
yoxlayın mənə də deyərsiniz.
Burada hər cür böcəyin dadına baxmaq da mümkündür. Bir neçəsindən soruşduqda mənə
bildirdilər ki, xüsusi yerlər olur ki böcəyi, əqrəbi yemək üçün xüsusi yerlərdə
saxlayıb bişirirlər. Yəni küçədən tapdıqların bişirmirlər. Amma yenə də dəqiq məlumat
deyil.
Khao San Road Bangkokun ən hərəkətli və canlı hissəsidir. Bu küçədə hər şey
tapa bilərsiniz. Bilirsinizmi ki, bu küçənin giriş hissəsində böyük bir binanın divar örtüyündə “Must do list for Khao San Road” yazısı var?
Aşağıda listi qeyd edirəm:
1.
Enjoy street food;
2. Get a Tattoo;
3. Have a massage;
4. Have fun.
Axşam
Khao San Roadda 3 türklə qarşılaşdım və onlarla gəzib gəzə bilməyəciyimi
soruşdum. Bir ara düşündüm ki, Corona Virusuna görə Khao San Roadda adam belə
azdır və ciddən az idi. Ona görə də China towna getdik. Khao San Roaddan taksi
götürdük və 100 bahta başını bağladıq. ???? China Town Çinə oxşayır ya yox deyə bilmərəm
çünki orada olmamışam. Əgər oxşayırsa, heç vaxt Çinə getmək istəməyəcəm. ???? Amma siz gedin və görün. Yəqin
ki, bəyənənlər olacaq. Ordan sonra yenidən Khao San Roada qayıtdıq. Saat 10dan
sonra hərəkət etmək üçün yer yox idi bir-birini tanımayan insanlar küçədə
oynayıb, əylənirdilər. Türklər demiş, “İynə atsan yerə düşməz”.
Qeyd: Əlinizdə hansısa içki ilə heç bir
məkana daxil ola bilmirsiniz. Bunu nəzərə alın.
- Nərmin Abbaslı