Lənkəran

Lənkaran Azərbaycanın ən gözəl şəhərlərindən
biridir. Şəhər Xəzər dənizinin sahilində yerləşir. Əhalisinin sayı 226,799-dur.
Şəhərin əsas əlaməti zərif memarlığı, xoş iqlimi və gözəl təbiət mənzərələridir.
Lənkəranda hər şey çox xoşdur: təbiət, mətbəx, insanlarla ünsiyyət. Buradakı
insanlar bəlkə də, dünyadakı ən mülayim, ən qonaqpərvər və səmimi insanlardır.
Tarixi:
Tarixinə nəzər yetirsək görərik
ki, buradakı arxeoloji qazıntılar insanların Tunc dövründə- 4000-5000 il əvvəl
məskunlaşdığını göstərir. Şəhər isə eramızdan əvvəl X əsrdə salınıb. Şəhər
bugünə qədər xanlıq paytaxtının xüsusiyyətlərini hələ də qoruyub saxla bilib.
18-ci əsrdə tikilmiş Lənkəran qalası
və 19-cu əsrdə tikilmiş Kiçik-Bazar məscidi buranın önəmli tarixi abidələrindəndir.
Burada yerləşən digər tarixi abidələrə Lənkərandan 100 kilometr şimalda yerləşən
orta əsrlərdə salınmış Xanəqa kəndini, qala divarlarını (12-14 əsrlər), məscid
və Pir-Hüseyn türbəsi və bir sıra digər qədim tikililəri misal göstərə bilərik.
Qədim
millətləri:
Burada yaşayan etnik qruplara
Talışları misal göstərə bilərik. Onlar əsrlər boyu İran-Azərbaycan sərhədi
boyunca çoxsaylı ucqar kəndlərdə, Talış dağlarında yerləşən əkinçilik cəmiyyətlərində
yaşayıblar. Mədəniyyətləri Azərbaycan mədəniyyətinə yaxındır. Özlərinə məxsus
xüsusi dilləri vardır. Bu dil Talış dili adlanır. Talış dili Tat dili ilə bənzərdir.
Dil YUNESKO-nun Dünya Dilləri Atlasında təhlükədə olan "həssas" dillər
kateqoriyasına aid edilmişdir.
Yeməkləri:
Ləvəngi: Şəhərdə hər hansısa restorana
getsəniz sizə ilk bunu təklif edəcəklər. Tərkibi qoz və soğandan ibarətdir.
Balıq
Ləvəngisi: Tərkibi qoz, doğranmış və yaxşı qızardılmış soğan, turş gavalı və ya
turş albalı, "narşərab" adlanan nar suyu şərbəti, quru albalı- gavalı
və kişmişdən ibarət olur.
Toyuq
Ləvəngisi: Tərkibi
əzilmiş qoz, soğan və kişmişdən ibraətdir. Toyuq əvvəlcə duzlanır və istiotlanır,
sonra içi doldurulur və tikilir. Bu yeməyi
yedikdən sonra mütləq daha çox istəyəcəksiniz.
Təndir çörəyi: Təndir çörəyini hazırlamaq üçün xüsusi, ənənəvi gil sobasından
istifadə olunur. İsti təndir çörəyini pendir və kərə yağı ilə yedikdən sonra bu
dada heyran qalacaqsınız.
Qutab: Qutab "saj" kimi
tanınan bir konveks qazanda qısa müddətdə bişirilmiş yeməkdir. Tərkibi müxtəlif
ola bilir: ət, ispanaq, pendir, balqabaq.
Coğrafiyası:
Lənkəran
termal və mineral sularla zəngindir və bölgə subtropik iqlim qurşağında yerləşən
istirahət yeridir. Rütubətli subtropik iqlim, münbit torpaqlar və yağışlar kənd
təsərrüfatının inkişafı üçün əlverişlidir. Burda bir çox milli parklar
möcvuddur. Bu milli parklar nadir flora və fauna ilə zəngindir. Lənkəranın təbiətini
ovsunlayıcı edən yüksək dağ zirvələrinin, münbit ovalıqların və çınqıllı dəniz
sahillərinin ahəngdar şəkildə birləşməsidir.
Sitrus meyvələri və ləzzətli mətbəxi
ilə yanaşı bölgə həmçinin Azərbaycanın çayçılığının əsas mərkəzidir. Lənkəran çayı uzun illərdir ki, Avropanın bir
çox ölkələrinə ixrac olunur. Şəhərin girişində böyük bir samovarın qurulması elə
şəhərin çayçılıq mərkəzi olması ilə bağlıdır. Samovar Azərbaycanda suyun qaynadılması
üçün istifadə olunan metal bir qabdır. Samovarlar adətən dəmir, mis, tunc,
gümüş, qızıl, qalay və ya nikeldən hazırlanır.
Qızılağac:
Qızılğac Dövlət qoruğunda 250-dən çox növ bitki, 30 növ balıq və 220-dən çox
quş növü mövcuddur. Siz burada qışlamaq üçün Sibirdən, Uralın cənubundan və
Avropanın şimalından uçan çox sayda köçəri quşları görə bilərsiniz. Burada çox
sayda quş olduğuna görə bu qoruq "Quşlar evi" kimi də tanınır. Bu
qoruqda çöl donuzu, canavar, vəhşi pişik, porsuq və tülkü kimi müxtəlif növ
heyvanlara da rast gəlmək mümkündür. Qoruqdakı su hövzəsində 54-ə yaxın balıq
növü mövcuddur.
Hirkan
Milli Parkı: İnsan
əli dəyməmiş meşələri, yüzlərlə fərqli bitki növünü, o cümlədən relikt və endemik bitki növlərini və nəsli kəsilməkdə olan vəhşi
heyvanları mühafizə edir. Nəsli kəsilməkdə olan “Panthera pardus saxicolor”
adlanan bəbir növü də Hirkan milli parkında yaşayır.
Tarixən istilik üçün xüsusi odunlardan
istifadə edilmişdir, çünki onlar uzun müddət yanır və asanlıqla sönmürlər. Bununla
yanaşı parkda bir çox nəsillər boyu orada yaşayan və hələ də yaşamağa dəvam edən
bir çox ailələrin evləri mövcuddur.
İqtisadiyyat
Lənkəranın
iqtisadiyyatında sitrus meyvəçilik, çayçılıq və düyü istehsalı mühüm rol
oynayır. Biraz əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan çayının böyük əksəriyyəti
Lənkəranda yetişdirilir. Balıqçılıq, üzümçülük və turizm də yerli
iqtisadiyyatda mühüm rol oynayır.