Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Lerikin güşələri

Yanvar 21 2022 2938 Baxış

    Hər fəsildə özünə məxsus rənqlərə bürünən Lerikin çoxlu sayda gəzməli və görməli yerləri var.

    Dünya üzrə bu xüsusiyyətinə görə burada çox unikal yerlər var. Onlardan biri  Lerik Uzunömürlülər Muzeyidir. Ömrünüzü necə artırmaq olar sirrlərini burada yerləşən Lerik Uzunömürlülər Muzeyində tapa bilərsiniz. Muzeydə 168 yaşlı Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva, 113 yaşlı Məhbubə Fətullayeva haqqında foto guşələr və onlara aid şəxsi əşyaların saxlanıldığı bölmələr var. Sirr açaq ki Lerikdə yaşayan uzunömürlülər çox yaşamalarının sirrini təmiz dağ havası, təmiz və keyfiyyətli qida məhsulları, müxtəlif növ dağ bitkiləri, stres və əsəbdən uzaq olmaları və çox hərəkətdə olmaqla əlaqələndirirlər. Daha ətraflı muzeydə məlumat tapa bilərsiniz.

    Burada bir sıra möhtəşəm şəlalər yerləşir: Günəşli, Aşağı və Yuxarı Bibiyonilər, Aşağı və Yuxarı Qələbin, Sivəkəran və digər şəlalər buranı həmçinin duraca turları üçün turizm potensialını artırır. Bu turlara bizim saytımızda baxa bilərsiniz.

    Leriki fərqləndirən təkçə onun təbiəti deyil həm də tarixi yerləridir:
    Buzeyir mağarası, Xanəgah kəndindəki Xoca Seyid məqbərəsi (XIV əsr), Lüləkəran kəndindəki məscid (XIX əsr), Mistan kəndində dəniz səviyyəsindən 2438 metr yüksəklikdə yerləşən «Qızyurdu» adlı qədim insan məskəni, Mondigah kəndindəki Baba İsa türbəsi, Kekonu kəndinin yaxınlığındakı Pir Yusif məqbərəsi, 
    Lerikdən Cəngəmiran kəndinə gedən yolun üstündəki Cabir məqbərəsi (XII-XIV əsrlər) və s. rayonun tarixinin qədimliyinin sübutudur. Kəndlərin çoxunda daşdan yonulmuş qoç heykəllərinə rast gəlmək mümkündür.


    Lerikin tarixi kəndlərindən biri olan Babagil kəndi həç gözəl mənzərələri vardır həm də 15-16-cı əsrlərə aid tarixi abidəyə ev sahibliyi edir. Burada qırmızı kitaba düşən nadir növ ağaclardan biri "dəmirağacı" kəndə gələn bütün turistləri heyran qoyur. Lerik ən qədim yaşayış məskənlərindən biridir. Zuvand çayının sol sahilində burada mağara yerləşir. Onun üstündə isə Buzeyir mağarası yer alır. Bu mağara cənub zonasında tapılmış daş dövrünə aid olunan ən qədim mağarıdır. Həmçinin tunc dövrünə aid olunan və III-II minilliklərə aid maddi-mədəniyyət abidələri mövcuddur. Məsələn Dəlikdağın 1640 metr yüksəkliyində yerləşən 7 mağaradan biri "Cin" adlanır. Ora girmək üçün əyilik keçmək lazımdır. Amma içərisi çox böyükdür. Oksigen azlığı olduğuna görə kibrit yandırmaq belə çox çətindir. Keçmişdə yerli sakinlərin sözünə görə burada cin yaşayıb və güya o kibriti üfürür.

    Səyyahların Lerikdə kəşflərindən söhbət açaq.
    Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit dövrünə aid edir. Başqa bir fransız arxeoloq-səyyah Morqan Lerikin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. Morqan mərtəbəli qəbirlərdən tapdığı bütün maddi-mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midiyalılardır”. 

    Təbiətinə heyran qaldığımız Lerikin güşələridir: əzəmətli Talış dağlarına hündürlüyü dəniz səviyyəsindən 2504 metrdən yüksək olan Quludaş, Kömür göy(2492m), Qız yurdu (2433m) zirvələri xususi gözəllik verir. Quludaş zirvəsindən Şindan qalasına qədər uzanan dağlara baxmaqla insanın ruhu dincəlir. Dağların bir hissəsi Peştəsər adlanır. O, ürəkaçan meşələri ilə örtülən Brovlara qədər uzanır.


    Rəvayətə görə bura qədim Albanların məskəni olmuşdur.
    Burada Albanlara məxsus qəbirstanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir.
    Bir sözlə qədim tarixi özündə yaşadan neçə-necə maddi- mədəni abidəni sinəsində qoruyub saxlayan Lerik rayonunun ərazisi tarixin yaddaş kitabının daş səhifələridir.Bir sözlə, Azərbaycanın cənub-şərq hissəsini əhatə edən, Şərqdən mavi Xəzərlə, qərbdən canlı müzeyi xatırladan sira dağlarla, meşələrlə, bərəkətli Muğan torpağı ilə, Cənubdan isə İranla həmsərhəd olan bu rayonun gözəlliyindən göz doymur.

    Əgər sizə də maraqlıdırsa Leriki bizimlə kəşf edə bilərsiniz:
    https://backpack.az/tour/276
    https://backpack.az/tour/276