Qəbələnin güşələri
Qəbələnin güşələri
Təqribən 2500 ildən çox yaşı olan və 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş
Qədim Qəbələ şəhərinin ecazkar güşələri çoxdur. Qəbələ dünyanın Babil, Troya,
Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm,
siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur. VIII əsrdə yaşamış
alban tarixçisi Moisey Kalankaytuklunun “Alban tarixi” əsərində də bu tayfa
haqqında məlumat verilib. Antik dövrə aid böyük binaların qalıqları, qala
divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər
olduğunu sübut edir.
Qəbələnin ən seçilmiş kəndlərindən biri Nic kəndi 40 km cənub-qərbdə yerləşir.
Nic kəndi dünyada udinlərin kompakt halda yaşadığı yeganə yaşayış məskənidir.
Udinlər III-VII əsrlərdə indiki Azərbaycan ərazisində mövcud olmuş Qafqaz
Albaniyasında yaşayan əsas tayfalardan birinin nəslindən olan və xristian
dininə etiqad edən xalqdır. Faktiki olaraq, onlar hələ də qədim albanlarla eyni
dildə danışırlar. Kənd mərkəzindən bir qədər aralı, gözoxşayan çinar
ağaclarının kölgəsi altındakı bərpa edilmiş XVII əsr Alban kilsəsini
(Çotari kilsəsi) ziyarət etməklə, bu qonaqpərvər insanların tarixi,
təbiəti və mədəniyyəti ilə tanış ola bilərsiniz.
Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də,
Qəbələni işğal edə bilməmişlər. Roma müəllifi Böyük Plini ( I əsr) Qəbələni
Kabalaka, yunan coğrafiyaşünası Ptolemey ( II əsr) Xabala, ərəb tarixçilərindən
Balazuri (IX əsr) Xəzər adlandırmışlar.
Paytaxtın VI əsrdə Partava (müasir Bərdə) köçürülməsinə
qədər Qafqaz Albaniyasının əsas şəhəri Qəbələ
olmuşdur. Alazan və Samur çayları arasındakı bölgə
olan Xabala da müasir Qəbələnin adı ilə əlaqəlidir. Rayonun
adı VII əsrdə Musa Kalankatlının yazılı mənbələrində Kavalaka kimi
adı çəkilmişdir.
VIII əsrdə Gevond Kaqada Ostani Mərzpan adının da Qəbələnin
keçmiş adlarından birini olduğunu vurğulayır. Rayonun adı 7 fevral 1991-ci ilə
qədər Qutqaşın, həmin tarixdən isə rayonun qədim adı bərpa edilərək Qəbələ
adlandırılmışdır. Lakin köhnə ad yerli sakinlər arasında hələ də istifadə
olunur.
1959-cu ildən bu
günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur
Qəbələ kəndinin (keçmiş Qutqaşen (indiki Qəbələ) rayonu) həndəvərində
aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər
yeri aşkara çıxarılmışdır.
Qəbələ şəhəri Qala,
Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçay və
Qoçalan çayları arasında Çaqqallı (ərazisi 50 ha-dır) adı ilə tanınan sahədə
aparılmış tədqiqatlar nəticəsində e. ə IV əsrdən başlayaraq eramızın I əsrinin
sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin
Səlbir adlanan hissəsində (ərazisi təqribən 13 ha-dır) I-X əsrlərə, Qalada
(ərazisi təqribən 12 ha-dır) isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında
zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Çaqqallıda
şəhər həyatı kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən
etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib. Şəhərin Qala və
Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz
əzəmətini qoruyub saxlayan qala divarları və bürcləri də məhz V əsrdən sonrakı
dövrdə inşa edilib.
Qəbələ antik dövrdə olduğu kimi, orta əsrlərdə də çox mühüm sənətkarlıq mərkəzi
olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi
mədəniyyət nümunələri orada daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə,
dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, dabbaqlıq, toxuculuq və bir
sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Görünür, Qəbələ regionun
mərkəzi kimi, həm də ətraf yaşayış məntəqələrinin əhalisinin sənətkarlıq
məhsullarına olan ehtiyaclarını ödəyirmiş.
Tədqiqatlar zamanı əldə olunmuş sikkələr, fayans, farfor və seladon qab
nümunələri Qəbələnin XVI-XVII əsrlərdə dünyanın bir sıra ölkələri, o cümlədən
İran və Çinlə olan intensiv ticarət əlaqlərəindən xəbər verir. Baş
suayrıçaya daxil olan Saral, Çoban baba, Muçuq, Tufan və Ağbulaq şaxələri
zəncirvari şəkildə rayonun ərazisini qərbdən-şərqə əhatə edir.
1. Saral şaxəsi –
Raqdan yüksəkliyindən Filfilçay və Tikanlıçaya qədər uzanır. Bu şaxə dəniz
səviyyəsindən 2000 M- dən (koşukar dağı) cənubdan 1000-ə qədər hündürlükdə
dəyişir.
2. Rüstəmbaz şaxəsi –
Salavat çayından iki qola ayrılaraq qərbə doğru Səfəryataq, şərqə isə Rüstəmbaz
Salavat dağları (şaxələri) adlanır.
3. Muçuq şaxəsi
-Salavat aşırımının (2896 m) cənubi-qərbindən başlayaraq Vəndamçayla
Dəmiraparançay arasında yerləşir. Şəlalə Qəbələnin Laza kəndi yaxınlığında
yerləşir və Dəmiraparan çayına tökülür. Şəlalənin hündürlüyü 96 metrdir. Muçuq
şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.
4. Ağbulaq şaxəsi -
İsmayıllı rayonun Qaraburğu dağlarından Vəndamçayının şərq (sol) sahillərinə
qədər olan ərazisini əhatə edir.
Torpaq tiplərinin
müxtəlifliyinə görə Azərbaycanı bəzən ,,torpaq muzeyidə” adlandırırlar. Burada
böyük həqiqət vardır. Ona görə ki, respublkiamızda ekvatorial qurşağının
qırmızı – sarı torpaqlarından başlanmış qütübətrafı ərazilərə qədər yer
kürəsində yayılmış demək olar ki, bütün torpaq tiplərinə rast gəlinir. Bu
yerlərin təbii gözəlliyini yüksək qiymətləndirən Ümumilli Liderimiz H.Əliyev
Qəbələni çox böyük qürurla ,,Azərbaycanın Isveçirəsi” adlandırmışdır.
Orta dağlığın meşə qurşağı altında yayılan qəhvəyi torpaq tipi şimala doğru
tədricən dağ qonur – meşə torpaqları ilə əvəz olunur. (qonur dağ – meşə
torpaqlarında humusun miqdarı 7-8 % olub, fısdıq - vələs – cökə meşələri
üstünlük təşgil edir. Rayon üzrə Ümumi torpaq fondunun təqribən 38 40 %-ə
qədərini təşgil edən qəhvəyi və qonur dağ-meşə torpaqları bağçılıq, xüsusən
qərzəkli meyvəçilik üçün əlverişlidir.
Şahdağ Milli Parkı Şahdağ Milli Parkı – Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 8 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında yaradılmışdır.
Ərazisi ilkin olaraq 115895 hektar təşkil edir ki, bundan bir qismi Qəbələ
rayonuna pay düşür. Bu ərazidə həm qış həm yay fəsilində gözəl mənzərəli
şəlalələr var. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik
və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil
olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən
otlaqlar ekosisteminin bərpası, qorunması və idarə edilməsi, torpağın münbit
qatının qorunub saxlanılması, ərazi üçün xarakterik olan fauna və flora
növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, həmçinin, təbii
kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat işlərinin aparılması üçün
daha əlverişli şəraitin yaradılması, eləcə də ətraf mühitin monitorinqi,
əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və böyük turizm potensialı olan
ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.
Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.
Meşələr, əsasən iberiya və şərq palıdından, şərq fısdığından və Qafqaz
vələsindən əmələ gəlmişdir. Milli Parkın çox böyük ərazini əhatə etməsi
səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir. Meşələrdə
qarışıq halda göyrüş, qaraçöhrə, ağcaqayın, söyüd, qoz, gilas, alma, armud kimi
ağaclar, dəmirqara, əzgil, yemişan, böyürtkan, itburnu, zirinc kimi kol
bitkiləri yayılmışdır. Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir.
Burada, quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək,
çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı,
çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi,
təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları
Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş
məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri
qorunur.
Qəmərvan (,,Çömçə bulaq") mineral bulağı – Qəmərvan kəndindən 5 km
Şimalda, Bum çayın dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal- mineral
sudur. Təbii tempuratur 39,2 0 –dir. Kükürdlü və dəmirli birləşmələrlə
zəngindir. 1965-1966-cı illərdə və 1973-1977-ci illərdə Sankt-Peterburq
şəhərində xüsusi labaratoriyada Qəbələ rayonundakı ,,Qəmərvan"
,,Şonqar" və ,,Yengicə" mineral bulaqlarının suyundan götürlümış
nümunələr kimyəvi analizdən keçirilmişdir. Analiz nəticəsində müəyyən
edilmişdir ki, Qəmərvan suyunun tərkibində silisumlu birləşmələr 30-40 mq /l,
kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Sutqalıq
gücü 50 min litrə çatır. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi
əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada (Priney yaramadasında)
məşhur olan Kuldur mineral suyu ilə analoq təşgil edir.
Qəbələdən 40 km cənub-qərbdə yerləşən Nic kəndi dünyada udinlərin kompakt halda
yaşadığı yeganə yaşayış məskənidir. Udinlər III-VII əsrlərdə indiki Azərbaycan
ərazisində mövcud olmuş Qafqaz Albaniyasında yaşayan əsas tayfalardan birinin
nəslindən olan və xristian dininə etiqad edən xalqdır. Faktiki olaraq, onlar
hələ də qədim albanlarla eyni dildə danışırlar. Kənd mərkəzindən bir qədər
aralı, gözoxşayan çinar ağaclarının kölgəsi altındakı bərpa edilmiş XVII əsr
Alban kilsəsini (Çotari kilsəsi) ziyarət etməklə, bu qonaqpərvər insanların
tarixi və mədəniyyəti ilə tanış ola bilərsiniz. Nicin tarixi çox-çox
qədimdir. Kəndin əsas sakinləri olan udinlərə aid ilk məlumat hələ 2500 il
bundan əvvələ aiddir. Bu etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr
yunan müəllifi - “Tarixin atası” Herodotun “Tarix” əsərində məlumat var.
E.ə. I əsrdə yaşamış Strabonun “Coğrafiya” əsərində də Qafqaz Albaniyasına dair
məlumatda udinlərdən danışılır. Udinlər qədim Alban çarlığının yaranmasında
mühüm rolu olan 26 alban tayfasından biridir
Qəbələ Musiqi Festivalı — Azərbaycanın Qəbələ şəhərində 2009-cu
ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi
festivalı. Həmçinin burada mürəbbə festivalı keçirilmişdir. Festivalda
hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də
(qarğıdalı, günəbaxan, yemiş, xiyar, badımcan, limon, bənövşə, nanə, itburnu,
cır alça, pomidor, yerkökü, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan,
bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub.
Turumuza qatılmaq üçün bura keçid alın: https://backpack.az/tour/305