Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Gürcüstan / Gəzəyənlərin 5-ci Xarici Turu: Sevgi şəhəri Siqnaxi və Laqodexi

Turun detalları:

Başlama tarixi 20-06-2019
Bölgə: Gürcüstan
Tədbir tipi: Yüngül hiking
Müddət: 3 günlük
Qida: Food
Təşkilatçı: Gəzəyənlər Qrupu

Azərbaycanı Biləcəridən o tərəfə keçməyənlərin acığına daha bir xarici turumuz Gürcüstana – Laqodexi & Siqnaxiyə olacaq. Ağır viza prosedurların həll etdikdən sonra qərara gəldik ki, sizi şimal-qərb qonşumuzun cənnət nöqtəsinə aparaq. Laqodexi parkı dünyanın 7 möcüzəsindən biri hesab olunur. (ən azından gürcülərçün) Təbiətsevərlərin ən çox ziyarət etdiyi yerdə yaşıllıqları qucaqlayıb şəkillər çəkdirəcək, hiking edib Ninosxevi şəlaləsinə yollanacayıq. Sonra isə əla piknik və əkşn taym...
Şəlaləli, katedrallı turumuzda yaşamadığınız bütün hissləri cibimizə yığıb üz tutacayıq sevgi şəhəri Siqnaxiyə. Şəhər içində gəzinti, Bodbe Monastrıyla facetime və gürcü vinosu turu xeyli dadlı edəcək. “Elə this?” deyənlərçün menyuda mafialı, “hi, ha, ho”lu yuxusuz gecələr, günəşdən qabaq səhəri qarşılamaq da var. Getdiyeee...

Tur proqramı:
20 İyun
19:30 Gənclik Mall önündə toplaşırıq
20:00 Lagodexiyə doğru yola düşürük

21 İyun
08:00 Gürcüstana keçirik
09:00 Laqodexi şəhəri, yeyif-işməh
10:30 Laqodexi Dövlət Qoruğunda gəzinti
11:00 Ninosxevi şəlaləsinə hücum, dəli gəzəyən şəkilləri
14:00 Təbiətlə iç-içə piknik
16:00 Siqnaxiyə gedirik
17:00 Hostelə yerləşmə - şəhər gəzintisi – Siqnaxinin mavi gecələri
22:00 Hostelə qayıdırıq

22 İyun
08:00 Oyan, ey Günəş, Oyan!
09:00 Səhər yeməyi
12:00 Şəhər Divarları, Şəhər Simvolu olan o surpriz heyvan heykəli :)
13:00 Gürcü mətbəxindən dadırıq, vino yoxlaması edirik
15:00 Bodbe Monastrı-na yola düşürük
18:00 Şəhər mənzərəsində çay
20:00 Hostelə geri dönürük, home party!

23 İyun
08:00 Oyansın əjdaha gəzəyənlər !
09:00 Səhər yemək vaxtı, hazırlıq
10:00 Bakıya yola düşürük (yolda yemək fasiləsi olacaq)
22:00 Bakıdayıq

Turun qiyməti:

1 nəfər üçün
10 İyun 18:00-a qədər qeydiyyatdan keçsəniz - 135 AZN
17 İyun 18:00-a qədər - 145 AZN
20 İyun 18:00-a qədər - 155 AZN

Qiymətə daxildir:
-Bakı-Laqodexi-Siqnaxi nəqliyyat
-Siqnaxidə gecələmə + səhər yeməyi
-Professional bələdçi xidməti
-Səyahət sığortası
-Samovaring
-Laqodexi milli parkına giriş bileti
-HD şəkillər

Qiymətə daxil deyil:
-Günorta və axşam yeməkləri

Görüləcək yerlər:
-Qala divarları
-Qədim şəhər kilsəsi
-Ninosxevi şəlaləsi
-Vino dequstasiyaları
-Uzunqulaqlı səyyah abidəsi
-Bodbe Monastrı

Rezervasiya:
Qeydiyyatla bağlı +99450 203 32 47 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.
Ödənişi həm onlayn, həm də nağd formasında həyata keçirmək mümkündür.
Həmçinin expresspay terminalı vasitəsilə də tur üçün ödəniş etmək mümkündür;
Express Pay terminalı;

Bank Xidmətləri > ExpressBank > Bank Kartları
ID: 678417
Pin: 5K0BU2K

Qeyd:
#1 Tura 5 gün qalmış iştirakdan imtina edilərsə ödənişin 50%-i geri qaytarılır.
#2 Tur günü və ya tura iki gün qalmış ödənişin heç bir hissəsi geri qaytarılmır.

Gürcüstan

Gəzəyənlərin 5-ci Xarici Turu: Sevgi şəhəri Siqnaxi və Laqodexi

Qiymət:

135