Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Oğuz / Calut - Oğuz Yürüşü

Turun detalları:

Başlama tarixi 23-06-2019
Bölgə: Oğuz
Tədbir tipi: Dağ
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: 5 Mövsum

Calut - Oğuz yürüşü | Tarix və təbiət

Oğuz rayonu Böyük Qafqazın cənub yamacının şərq hissəsində yerləşir. Onun ən yüksək zirvəsi olan Məlkəmud dağı 3879 metrdir hündürlüyə malikdir.
Oğuzda 7 ədəd Alban məbədi mövcuddur. Bunlardan 3-ü rayon mərkəzində, biri isə Calut kəndindədir. Mərkəzdəki ibadətgah 1700-1750-ci illərdə inşa edilib. 1981-də tam bərpa edilib və muzeyin istifadəsinə verilib. Digəri rayon mərkəzi xəstəxanasının həyətində, üçüncüsü isə Xal-xal yolunun üstündəki təpədə yerləşir.

Calut kəndinin mərkəzində sprinterdən düşüb kilsəyə doğru yürüşə başlayacağıq. Təqribən 1km-dən sonra kilsəyə çatırıq. Kilsə ilə tanış olduqdan sonra dağ yolu ilə Oğuz rayonu istiqamətində yola davam edirik. Məsafə 7km olacaqdır. Nəzərinizə çatdıraq ki bu dağ yolu ilə ilk dəfə ekotur təşkil ediləcək. Ümid edirik ki yeni ekocığırın açılması sözü gedən məbədlərin diqqət mərkəzində saxlanmasına səbəb olacaqdır.
________________________________
Turun proqramı

7:00 Bakıdan çıxırıq
11:00 Calut kəndinə çatırıq və Calut məbədinə doğru yola düşürük
11:30 Məbədə çatırıq. Məbəd ilə tanışlıq
12:30 Dağ yolu ilə Oğuza aşırıq
14:00 Dağın üstündə mənzərəli bir yerdə nahar fasiləsi
16:00 Oğuza çatırıq. Şəhərdə yerləşən məbədlərdən ikisi ilə tanış oluruq
18:00 Bakıya yola düşürük
22:00 Bakıya çatırıq
________________________________

LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi və kremi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.) ___________________________

QİDALANMA:

* Özünüzlə su ehtiyatı götürün, bundan başqa çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, termosla qaynar su götürməniz arzuolunandır.
______________________________

YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 38 AZN
_______________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
Transport (Bakı-Calut, Oğuz-Bakı)
Milli Parka giriş
Çay süfrəsi
Səyhət Sığortası
Dağ bələdçisi
______________________________
NƏQLİYYAT:

- “Mersedes Sprinter”
______________________________

QEYDİYYAT və ƏLAQƏ:

+99450 203 3247 Nərmin Abbaslı ilə əlaqə saxlaya bilərsiniz

Oğuz

Calut - Oğuz Yürüşü

Qiymət:

38