Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

W-Space / Gəzəyənlərin 2-ci tanışlıq günü

Turun detalları:

Başlama tarixi 15-06-2019
Bölgə: W-Space
Tədbir tipi: Şəhər
Müddət: Yarım günlük
Qida: Səyyahlarla görüş
Təşkilatçı: Gəzəyənlər Qrupu

Bir müddət əvvəl Azərbaycanın səyahət cəmiyyəti olan #Gəzəyənlər qrupunun çox gəzən admini Babək Musazadeh-in postundan ilhamlanaraq qərara aldıq ki, bir görüş keçirək. Həm çox gəzən üzvlərimiz öz səyahət təcrübələrini bölüşsünlər, həm də yeni maraqlı dostlar qazanaq. Ən gəzəyən üzvlərimizin şirin-məzəli əhvalatları, yeni dostlar, pozitiv atmosfer Sizi gözləyəcək.
- 5 qitənin 62 ölkəsində gəzmiş Gəzəyənlər qrupunun ən aktiv və sevilən dostlarından olan, ən əsası #Gəzəyənlər qatarını dünyada gəzdirən Siyavuş Kərimovun səyahət sərgüzəştləri;
- 5 qitənin 25 ölkəsində olmuş, "7 Summits"-in 4 Zirvəsini fəth etmiş, həmçinin "7 Volcanic Summits" proqramındakı 3 Vulkana qalxmış və Yeni Zellandiyada 22 km yolu 30 kq yük ilə piyada qət edən, macəra dolu insan Rasim Ağayevin macəraları;
- Ancaq tədbirə özəl #gəzəyənsayağı söhbətlər və təqdimat; ????
- Viza suallarınızı cavablandıracaq mütəxəssis;
- Aktiv iştirakçılara “Welcome drink” və “Welcome snack” bizdən hədiyyə.
Tarix: 15 iyun
Saat: 18:00
Məkan: W-Space
İştirak haqqı:
12 iyun 18:00-a qədər: 12 AZN
14 iyun 18:00-a qədər: 14 AZN
Aytən Qurbanova kimi çəkinən, sıxılan bütün Aytənlərə 15% endirim. ????

Qeydiyyat üçün: +994502033247 Günel M-va ilə əlaqə saxlaya bilərsiniz.

W-Space

Gəzəyənlərin 2-ci tanışlıq günü

Qiymət:

14