Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Oğuz / Calut - Muxas Yürüşü | Tarix & Təbiət

Turun detalları:

Başlama tarixi 14-07-2019
Bölgə: Oğuz
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: 5 Mövsum

Calut - Muxas yürüşü | Tarix və təbiət

Oğuz rayonu Böyük Qafqazın cənub yamacının şərq hissəsində yerləşir. Onun ən yüksək zirvəsi olan Məlkəmud dağı 3879 metrdir. Oğuzda 7 ədəd Alban məbədi mövcuddur. Bunlardan 3-ü rayon mərkəzində, biri isə Calut kəndindədir.

Maz, mazis sözü böyük, azman, dəstə və sair mənaları daşıyır. Muxas kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyində dəniz səviyyəsindən 754 m yüksəklikdə yerləşir.
Muxas qülləsi IX əsrdə çay daşı və kirəcdən inşa edilib. 11-12 metr hündürlükdə olan 3 mərtəbəli qüllədən XIV əsrə qədər müşahidə məqsədilə istifadə olunub. Qüllə Muxas kəndinin şimalında, Daşağıl yolunun üstündə, yolun kənarında, elə də hündür olmayan meşəlik bir ərazidədir. Tikilinin 3 tərəfi düzbucaqlı, bir tərəfi isə yarımdairəvi formadadır.

Calut kəndinin mərkəzində sprinterdən düşüb kilsəyə doğru yürüşə başlayacağıq. Təqribən 1km-dən sonra kilsəyə çatırıq. Kilsə ilə tanış olduqdan sonra dağ yolu ilə Muxas kəndinə yola düşəcəyik. Məsafə 7km olacaqdır. Nəzərinizə çatdıraq ki bu dağ yolu ilə ilk dəfə ekotur təşkil ediləcək.
_________________________________

Turun proqramı:

7:00 Bakıdan çıxırıq
11:00 Calut kəndinə çatırıq və Calut məbədinə doğru yola düşürük
11:30 məbədə çatırıq. Məbəd ilə tanışlıq
12:30 Dağ yolu ilə Muxasa aşırıq
14:00 dağın üstündə mənzərəli bir yerdə nahar fasiləsi
16:00 Muxas kəndinə çatırıq.
16:20 Gözətçi qülləsinə baxmağa gedirik
18:00 Bakıya yola düşürük
22:00 Bakıya çatırıq
________________________________
LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi və kremi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.) ___________________________

QİDALANMA:

* Özünüzlə su ehtiyatı götürün, bundan başqa çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, termosla qaynar su götürməniz arzuolunandır.
______________________________

YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 38 AZN
_______________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
Transport (Bakı-Calut, Muxas-Bakı)
Milli Parka giriş
Çay süfrəsi
Səyhət Sığortası
Dağ bələdçisi
______________________________
NƏQLİYYAT:

- “Mersedes Sprinter”
______________________________

QEYDİYYAT və ƏLAQƏ:

Kontakt: +99450 203 3247 Nərmin Abbaslı ilə əlaqə saxlaya bilərsiniz.

* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər məlumat verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.

Oğuz

Calut - Muxas Yürüşü | Tarix & Təbiət

Qiymət:

38