Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Qəbələ / Tsox dyəli turlar seriyasından "Duruca" turu

Turun detalları:

Başlama tarixi 14-07-2019
Bölgə: Qəbələ
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Food
Təşkilatçı: Gəzəyənlər Qrupu

Bu dəfə Gəzəyən elinin igidləri olaraq Qəbələ şəhərinin Dəmiraparan çayının sahillərində, dağlar arasında gizlənmiş və fəthini gözləyən Duruca kəndində məskən quracayıq. Durucanın gözəlliyinə gedən 4-5 km yolu qət edib, təbiətin sehrindən zövq alacayıq! Geri dönüb Duruca yaylasında yaşıllıqlara çöküb, dağlar arasında samovarımıza köz salacaq, ocaq qalayıb babalardan yadigar ənənələrimizə əsasən sosis barbekülərimizi şişə çəkəcəyik. Samovar Gəzəyənski ilə Bizon Gəzəyənski-nin qədim dostluq xatirələrini bərabər dinləyəcəyik!

Tur proqramı:

06:40 - Gənclik Mall'ın qarşısında toplanırıq (Görüş yerini dəyişmək olmaz)
07:00 – Yolçu yolda gərək
11:00 - Qəbələ, Duruca kəndinə çatırıq. Təbiətin gözəlliyindən zövq alırıq
11:30 – Hazırlaşın! Yürüş vaxtıdır!
13:30 - Duruca şəlaləsi. Profil şəkillərimizi çəkdirdik!
14:20 - Yorğun və acmısınızsa közdə bişən sosislərlə BİZON Energy ikilisi yerinə düşər!
15:00 - Frizbi, voleybol digər oyunlar üçün komandalara bölünürük (heç nə eləmək istəməyən təbiətin gözəlliyindən sakit zövq almaq istəyənlər də öz yerində).
16:00 – Vaxtdır! Duruca kəndinə geri qayıdırıq
18:00 - Bakıya yol alırıq
22:00 - Bakıdayıq

Turun qiyməti:
8 İyul 18:00-a qədər turun qiyməti 22 AZN-dir.
13 İyul 15:00-a qədər turun qiyməti 25 AZN-dir

Qiymətə aşağıdakılar daxildir:

- Bakı-Qəbələ-Duruca kəndi-Qəbələ-Bakı Nəqliyyat.
- Duruca yaylasında mixəkli, kəklikotulu Samovar Gəzəyənski çayı
- Tur boyu enerjili olmağınız üçün limitsiz BİZON Energy
- Közdə sosislər, Marşmelo
- Deynerisin əjdahalarına meydan oxuyan bələdçilər
- Profil və “story”-lərinizdə qısqandıracaq fotolar
- 2000 AZN-lik səyahət sığortası
- Şahdağ Milli Parkına giriş bileti

Lazımi Ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi, gün kremi və yürüş çubuqları arzuolunandır
- Əlavə geyim (corab, qısaqol köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Özünüzlə yarım günlük yemək (nahar) və su ehtiyyatı (1l) götürməlisiniz.
Ödənişlə bağlı: 0502033247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

Yürüş üçün son qeydiyyat tarixi, 13 İyul, saat: 15:00-dır.


P.S Qeydiyyat tamamladıqdan sonra, hər hansı bir səbəbdən, tura ən azı 2 gün qalmış iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tura 1 gün qalmış və ya tur günü iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq!

Qəbələ

Tsox dyəli turlar seriyasından "Duruca" turu

Qiymət:

25