Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Quba / Tsox dyəli turlar seriyasından "Çənlibel" kampı

Turun detalları:

Başlama tarixi 20-07-2019
Bölgə: Quba
Tədbir tipi: Camping
Müddət: 2 günlük
Qida: Food
Təşkilatçı: Oper ator

İlin ən dəli II Kamp Festivalı Çənlibeldə baş tutacaq!

Mən deyim festival, siz deyin 1 ilə bəs edəcək istirahət və əyləncə!

Qlamur həyat yaşayan, toz görəndə ağlayan, kabluksuz gəzə bilməyən, dirnağının qırılmasından depresiyaya düşən kaprizli gözəl xanımlarımız, qarışqa görəndə qorxub qışqıran, “Kamp nədir? Mən çadırda yata bilmərəm!” deyən, həftəsonu ən maraqlı istirahətin qəlyanlamaq olduğunu düşünən, çayının gecikməsindən narahatlıq keçirən, yeməkdən doymayanda qışqır-bağır salan dostlarımız sizi sevirik. Amma bu tur sizin üçün deyil. ????

Turun proqramı (Sürprizləri demirik):
I gün
06:40 – Gənclik Mall-un qarısında toplanırıq
07:00 – Qubaya yola düşürük (Yolda yatmaq qadağandır)
09:40 – Göl ətrafına çatıb, çadırları qururuq
11:00 – Yüngülvari “hiking timeeee” (Sizi çox yormayacayıq ????)
13:00 – Kamp ərazisinə qayıdıb yeməklərimizi hazırlayırıq
15:00 – İbrahimlə Nərminin komandası arasında ip dartma yarışı!
16:00 – Qalib komandanın mükafatlandırılması
16:30 – 18:30 – Odun toplayıb axşam üçün tədarük görürük
19:00 – Ən maraqlı söhbətlər indi başlayır. Ocağın yaratdığı atmosfer, közdə dadlı sosislər, enerjinizin bərpası üçün BİZON, əhvalatlar, marşmelo, mafiya, uno, xüsusi hazırladığımız sürprizli oyunlar, romantik olmayan mahnılar və s..
00:00 – Kim istəsə yata bilər (yatmayanlar səhərə qədər Nərminə qulaq asacaqlar)

II gün
07:00 – Sabahınız xeyir ( Zarafat edirik, bu saatda oyanmaq olar?)
08:30 – İndi oyanın :D səhərin gözəl mənzərəsindən zövq almaq lazımdır
09:00 – Pomidor- yumurtanın ətrinə yığışın “zavtrak” edək. ????
11:00 – Free time (Çox əylənmişik, bir az istirahət edin)
13:00 – Yemək yeyirik, Gəzəyənski Samovara od salırıq
15:00 – Çadırları yığıb yola düşürük
16:30 – Qırmızı Qəsəbə gəzintisi, tarixi haqqında məlumat alırıq
17:30 – Bakıya qayıdırıq
20:20 - Bakıdayıq

TURUN QİYMƏTİ:
Turun 1 nəfər üçün qiyməti:
16 iyul, saat 18:00-dək: 39 AZN;
19 iyul, saat: 18:00-dək: 41 AZN
Kamp ləvazimatlarının kirayəsi: 10 AZN-dir;

Qiymətə aşağıdakılar daxildir:
- Bakı – Quba – Bakı BİZON Avtobusu;
- Limitsiz BİZON;
- 1 səhər, 2 günorta, 1 axşam yeməyi;
- Səhərin dadlı simvolu: Pomidor-yumurta;
- Dostlarınızı qısqandıracaq profillik şəkillər;
- 2 günlük səyahət sığortası;
- Sizin ƏJDAHA bələdçilər;
- Limitsiz kəkliotulu, mixəkli, şokoladlı və ən əsası Gəzəyənski Samovar çayı;
- FRİZBİ TƏLİMİ.

Lazımi ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr);
- Gün eynəyi və kremi. Əlavə geyim (corab, qısaqol köynək, şortik, çimərlik geyimi, sandalet, şəxsi gigiyenik əşyalar və s.).

Ödənişlə bağlı: 0502033247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

P.S Qeydiyyat tamamladıqdan sonra, hər hansı bir səbəbdən, tura ən azı 2 gün qalmış iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tura 1 gün qalmış və ya tur günü iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq!

Quba

Tsox dyəli turlar seriyasından "Çənlibel" kampı

Qiymət:

51