Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Bakı / Gəzəyənlərin 3 yaşı olarsa..

Turun detalları:

Başlama tarixi 23-08-2019
Bölgə: Bakı
Tədbir tipi: Tədbir
Müddət: Yarım günlük
Qida: Çay
Təşkilatçı: Gəzəyənlər Qrupu

GƏLİN 3 YAŞ TORTUMUZU BƏRABƏR KƏSƏK

Çox gəzdik, çox gördük. İndi bu balaca 3 yaşlı qrupumuzun AD GÜNÜDÜR!  3 ildə nə dostluqlar qurduq, nələrə vəsilə olduq... Online platforma üzərində başlayan dostluqlardan real dostlara çevrildik. Ən əsası Azərbaycanda Səyahət Cəmiyyətinin qurulması istiqamətində mühüm işlər gördük. 50-dən çox tədbir, 40-dan çox ölkədaxili, 4 ölkəxarici səyahəti birlikdə etdik (hələ gizli görüşlərimii demirəm. ????) 100-lərlə dost qazandıq.

İndi isə kiçik yaşımızda gördüyümüz böyük işlərin hesabatını ad günümüzdə birlikdə müzakirə edəcəyik. Bu özəl günümüzü bizimlə birgə keçirmək istəyən dostlarımız, dəvətlisiniz.

İştirak üçün vacib şərtlər:

-          Beyninizdə olan bütün neqativ fikirləri kənarda qoymaq

-          Mümkün olacaq qədər pozitiv və enerjili olmaq

-          Extrovert olmaq şərt deyil, əsas odur sıxılmamaq

-          Maraqlı səyahət hekayələri ilə gəlmək

-          Ən əsası GECİKMƏMƏK.

Tədbirdə iştirak etmək üçün: ????
19 Avqust 18:00-a qədər: 12 AZN
22 Avqust 15:00-a qədər: 15 AZN

Ödənişə daxildir:

-         Coffee break

-         İstirahətinizə əyləncə və sizi daha da yaxınlaşdıracaq oyunlar

-         Köhnə Gəzəyənlərlə, yeni Gəzəyənlər tanış olacaqlar

-         Partnyor şirkətlərdən ƏHDAHA HƏDİYYƏLƏR!

Qeyd 1: Dostlarımızı və cəmiyyətimizin üzvü olmaq istəyənləri gözləyirik. Amma tədbirdə iştirakınız asılılıq yarada bilər. Ona görə də 100 ölçün, 1 biçin. ????

Qeyd 2: Pff edənlərə və gecikənlərə xüsusi cəzalarımız olacaq.


Qeydiyyat üçün +994502033247 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. :)

Qeyd: Tədbirə 1 gün qalmış və ya həmin gün iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq.
Maraq qatmaq əvəzinə mız-mız edən, introvert olan, “pff” deyən şəxslər üçün ödəniş 37,50 AZN olmayacaq.
Birbaşa ban olunacaqlar. Baxun daa :D

Bakı

Gəzəyənlərin 3 yaşı olarsa..

Qiymət:

15