Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Qusar / Kuzun- Laza Hiking

Turun detalları:

Başlama tarixi 23-11-2019
Bölgə: Qusar
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Nukha Outdoor Club

23 noyabrda Azərbaycanın qədim və gözəl iki kəndinə Kuzun və Lazaya səyahət edəcəyik. Kuzun Qusar çayın sahilində dağətəyi ərazidə yerləşir. Tədqiqatçıların fikrincə, Kuzun adı türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Kənd 1280 metr yüksəklikdə yerləşir. Laza kəndi Qızılqaya və Qabaş dağlarının ətəklərində 1300 metr yüksəklikdə dağ çökəkliyində yerləşir. Kuzun və Laza kəndi arasında, Laza kəndi ətrafında çoxlu şəlalələr var. Yürüş Kuzundan başlamaqla Lazaya tərəf, iki kənd arasında ( təxminən 5-6 km olmaqla ) Qusar çayın sahili ilə, möhtəşəm təbiət mənzərələrinin müşahidəsi ilə keçəcək.

TURUN PLANI

23 noyabr

07:00- Gənclik metrosu çıxışında toplanış
07:30-10:30 - Bakı-Qusar
10:30-15:30 - Kuzun kəndindən Laza kəndi istiqamətində şəlalənin yanından keçməklə yürüş.
15:30-18:00 - Laza kəndində restoranda nahar yeməyi, çay fasiləsi, oyunlar, əyləncə və s.
18:30-21:00 - Bakıya qayıdış


_________________________________________________


İŞTİRAKÇIDA OLMALIDIR

Qalın, su keçirməz, rahat geyim (alternativ olaraq yüngül geyimin olması məsləhətdir)
Bel çantası (Həcmi 20-30 litr)
Yürüş (hiking) ayaqqabıları (su keçirməz, boğazdan)
Papaq, əlcək, corab (əlavə 1 cüt), eynək.
Su qabı


_________________________________________________
QİYMƏT
35 AZN


Qiymətə daxildir:
Nəqliyyat, çay fasiləsi, səyahət sığortası, foto çəkiliş, İngilis dilli bələdçi.


_________________________________________________
QEYDİYYAT və ÖDƏNİŞ

Ətfalı məlumat üçün əlaqədar şəxs:


+994 50 203 32 47  Nərmin Abbaslı



*Əgər yürüşə 24 saat qalmış səyahətinizi ləğv edərsəniz ödəniş geri qaytarılmayacaq.


Qusar

Kuzun- Laza Hiking

Qiymət:

40