Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Qəbələ / Soyuqbulaq şəlaləsinə payız yürüşü

Turun detalları:

Başlama tarixi 26-10-2019
Bölgə: Qəbələ
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: KAMPanyon Tour

Soyuqbulaq şəlaləsi Vəndam çayın sol sahilində Vəndam kəndindən 4,5 km şimalda meşənin içində dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşir .Şəlalə 3 pilləlidir . İlk pilləsinin hündürlüyü təxminən 3 metr ikinci pilləsi 10 və sonuncu pilləsi isə 30 metrdir .Yol boyunca Vəndam dərənin və Böyük Qafqazın gözəl mənzərəsini görə biləcəyik .
Başlanğıc səviyyəsi-1000 metr

Şəlalənin səviyyəsi-1300 metr

Ümumi yürüş məsafəsi-9 km

______________________________________
Yürüşə qatılmaq istəyən şəxslərin nəzərinə !
İştirakçı haqqı -35 AZN
Tələbələrə xüsusi endirim
Ödənişə daxildir
-Nəqliyyat
-Milli parka giriş bileti
-Dağ bələdçisi
-Səyahət siğortası
-Foto çəkiliş
________________________________________

Proqram
07:00 - Toplanma (Gənclik m/s )
07.20 - Yola düşmə
11:30 - Vəndam kəndinə çatırıq .
11:30 - Yürüşə başlayırıq
13:30 - Şəlaləyə çatırıq (Sərbəst vaxt )
14:00 - Nahar fasiləsi (Sərbəst vaxt )
15:00 - Kəndə doğru geri qayıdırıq
17:00 - Kəndə çatırıq
17:20 - Bakıya yola düşürük
21.30 - Bakıya çatırıq
Yürüş zamanı sizə lazım olacaq əşyalar:
________________________________________

1.Rahat, sukeçirməz ayaqqabı
2.Bel çantası
3.Əlavə köynək,corab
4.Şəxsi dərman vasitələri
5.İsti və əlavə paltar
6.Su qabı (termos arzu olunandır)
7.Stəkan
8.Özünüzlə birgünlük yemək götürün. Quru meyvələr, çərəzlər, meyvə, tərəvəz. konserv, sosis və s.
________________________________________

Yürüş sizə nə qazandıracaq ?!
Xoş əhval-ruhiyyə
Ruh yüksəkliyi
Yeni dostlar
Müsbət enerji
Yaşam sevinci

 QEYDİYYATLA BAĞLI:

+994 502033247 Nərmin Abbaslı

Qəbələ

Soyuqbulaq şəlaləsinə payız yürüşü

Qiymət:

35