Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Lənkəran / Xanbulan Gölünə Yürüş

Turun detalları:

Başlama tarixi 27-10-2019
Bölgə: Lənkəran
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Backcountry Azerbaijan

Hirkan Milli Parkı Azərbaycanın cənubunda, Talış Dağlarının ürəyində yerləşir. Bu bölgə özünəməxsus flora və faunası ilə, 60 milyon il öncəyə uzanan saf təbiətə ev sahibliyi etməkdədir. Ərazi “Buz dövrü”ndən bəri var olmuşdur və asanlıqla “Botanika bağı” adlandırıla bilər. Milli parka xas olan Hirkan Dəmir ağacı nəinki buz dövründən sağ qalmağı bacardı, hətta dolayı yolla Azərbaycanda neft sənayesinin inkişafının səbəbkarına çevrilmişdir.
Belə ki, İsveçdən olan milyonçu Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul olub. O, eşidir ki, dünyada yalnız Talış meşələrində bərk və dözümlü ağac bitir və bu ağacın oduncağından ən yaxşı və möhkəm tüfəng qundağı düzəltmək olar.
Nobel dəmirağacı Avropaya aparmaq arzusu ilə Azərbaycana gəlir. Xoşbəxtlikdən nəqliyyat xərcləri çox baha olur, həmçinin Bakıya gələn Nobel, burada fantan vuran neft quyularını görür. Nəticədə neft mədənlərinə sahib olmaq üzərə qərarını dəyişir. Beləcə, cənub zonasında bitən dəmirağac milyonçu Alfred Nobelin həyatında dönüş yaradır.
Hirkan meşələrinin digər bir incisi Xanbulan gölüdür. 1930-cu illərin sonlarınadək burada pələnglər yaşayırdısa, bu gün Milli park Qafqaz bəbirlərinin son yaşayış məskənidir.

Günün PLANI
06:30 – Bakıda (Gənclik mall-ın önü) toplanış
11:00 – Hirkan kəndi.
11:10 – Xanbulan gölünə yürüş başlanır;
13:10 – Xanbulan gölü. Ocaq ətrafında çay və nahar fasiləsi;
16:00 – Tropik bağlarına yürüş;
18:00 – Nəqliyyat vasitəsi ilə Bakıya dönüş;
21:00 – Bakı

•••••••••••••••••••••••••••••••••
Gərəkli LƏVAZİMAT
• Rahat yürüyüş ayaqqabısı
• Rahat geyim. (Yürüyüş üçün nəzərdə tutulmuş xüsusi geyim arzu olunandır)
• Dəyişmək üçün əlavə üst geyim və corab.
• Yağmurluq (və ya su keçirməyən üst geyim)
• Gün eynəyi
• Gün kremi
• Baş geyimi
• Su qabı
Qeyd: Ən gərəklisi altı sərt və sürüşməyən, ayağınızı incitməyən idman ayaqqabısıdır. Su keçirməyən olması arzuolunandır.
•••••••••••••••••••••••••••••••••
QİDALANMA
Nahar və axşam yeməyi üçün özünüzlə yüngül ərzaq gətirməlisiniz.

•••••••••••••••••••••••••••••••••
YÜRÜYÜŞÜN MƏLUMATLARI
• Çətinlik: Orta
• Məsafə: 7 km
• Müddət: 3 saat

•••••••••••••••••••••••••••••••••
QEYDİYYAT ÜÇÜN – ÖDƏNİŞ 35 AZN
Qiymətə daxildir:
• Milli Parka Giriş Bileti
• Nəqliyyat,
• Səyahət sığortası,
• Çay və şirniyyat süfrəsi,
• Foto çəkiliş

•••••••••••••••••••••••••••••••••
Qeydiyyatdan keçmək üçün bizə yazın;
+994 502033247 Nərmin Abbaslı

Lənkəran

Xanbulan Gölünə Yürüş

Qiymət:

35