Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Astara / Sım Kənd,Şəlalə Yürüşü-Astara

Turun detalları:

Başlama tarixi 17-11-2019
Bölgə: Astara
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Camp SIZ

Sım kəndi ölkəmizin qədim yaşayış məskənlərindən biridir. Əhalisi talışlardır. Kəndin adı talış dilində «sıldırım», «hündür» mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır.Tarixi tam olaraq araşdırılmasada kənddə olan qəbirstanlıqlardan aydın olur ki, kəndin tarixi qədimdir. Kənddə fərqli tarixləri özündə birləşdirən 12 qəbirstanlıq vardır. Kəndin ən qədim məskəni, Ute məhəlləsində yerləşən, 10 hektar ərazini əhatə edən dərinliyi 30, uzunluğu isə 40 sm olan bu daş oyuqlar hələ orta əsrlərdə buranın yaşayış məskəni olduğunu sübut edir. Kəndin mərkəzi yüksəkliyi 550 metrdir.
Əhalinin əsas məşğuliyyəti arıçılıq, tərəvəzçilik, meyvəçilik və heyvandarlıqdır.
Turun proqramı:
06:30 - Toplanış yeri (Toplanış (Gənclik m/s Caspian shopping çıxışı)
07:00 - 11:00 Bakı - Astara
11:30 - 15:00 Sım kəndi boyunca Sım şəlaləsinə yürüş
13:00 - 14:00 Nahar yeməyi (Şəlalənin yanında)
15:00 - 17:00 Avtobusa geri dönüş
17:00 - 18:00 Çay fasiləsi
18:00 - 22:00 Sım kəndi- Astara - Bakı


Turun bir nəfər üçün qiyməti 40 Azn

Tur qiymətinə daxildir:
-Nəqliyyat
-Tur bələdçisi
-Çay süfrəsi
-İlkin yardım
-Fotoçəkiliş

İştirakçıda olmalıdır:
-Bel çantası(həcmi 20-35 l)
-Rahat topuqdan yuxarı ayaqqabı
-Termos
-Su və qida

Qeyd –Qida və su ehtiyatınızı özünüzlə götürməyi unutmayın.

Ödəniş terminallarından ödəniş etmək mümkündür.

Son ödəniş tarixi: 15 Noyabr 2019



Qeydiyyat: 0502033247 Nərmin Abbaslı

Astara

Sım Kənd,Şəlalə Yürüşü-Astara

Qiymət:

40