Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

İsmayıllı / Valideyn İclası; şuluqluq edənlər küssün

Turun detalları:

Başlama tarixi 10-11-2019
Bölgə: İsmayıllı
Tədbir tipi: Piknik
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Gəzəyənlər Qrupu

Gəzəyənlərin Valideyn İclası! Hamı həftəsonu valideyniylə gəlsin! Valideyni gəlməyənləri tura aparmırıq!

Valideynlərimizin “Gəzəyənlər kimdir?” “Gəzəyənlər nə deməkdir?” kimi suallarına cavab tapmaları üçün şərait yaradırıq :) Amma onları çox dağa-daşa salmamaq üçün düşündük ki, bu tur göl ətrafında piknik olsun :) Lakin tura qatılmaq üçün valideynlərinizdən heç olmasa biriylə gəlməlisiniz :)

Turumuz İsmayıllı rayonunun İvanovka kəndi yaxınlığında yerləşən Aşıq Bayramlı gölünə olacaqdır.Göl ətrafında maraqlı oyunlar oynayıb, başımıza gələn gülməli əhvalatlardan, digər maraqlı şeylərdən söhbət edəcəyik. Yüngülvari nahar edib, samovar çayı içəcəyik.

TURUN PROQRAMI:
07:30 - Gənclik Mall qarşısında toplanırıq;
08:00 - İsmayıllıya doğru yol alırıq;
10:40 - Aşıq Bayramlı gölündəyik;
+ asudə vaxt, göl ətrafında gəzinti;
13:00 - Nahar vaxtı! Ocağımızı qalayıb sosis bişiririk;
17:00 - Bakıya qayıdırıq;
20:00 - Bakıdayıq.

Lazımi Ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat, sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim
- Şəxsi əşyalar (termos, salfet, fincan və s.)


Nəzərə alınmalı məqamlar:
- Biz qrup menecmenti olaraq sadəcə bu qrupun bir araya gəlməsinə xidmət edirik. Tur zamanı təbiətdə sizin başınıza gələn hər hansı hadisələrə görə Qrup Menecmenti cavabdeh deyil. Heç biriniz uşaq deyilsiniz. İstənilən halda, tur zamanı Tur Bələdçilərinin Təlimatlarını dinləməyi özünüzə borc bilməlisiniz. Bakıdan başlayaraq qrupu müşayiət edəcək professional bələdçilər olacaq.
- Görüş vaxtı 9 Noyabr 07:30 -dir! 08:00-da yola çıxacağıq. YUBANAN HEÇ KİMİ GÖZLƏMİRİK !


Turun qiyməti:

7 Noyabr saat 18:00-a qədər qeydiyyatdan keçsəniz 29 AZN
9 Noyabr saat 15:00-a qədər qeydiyyatdan keçsəniz 31 AZN

Şəxsi avtomobili ilə gəlmək istəyənlər üçün ödəniş 20 AZN-dir.
Mız-mız, qaşqabaq, extra- double introvert insanlar üçün ödəniş 100.99 AZN-dir.


Qiymətə aşağıdakılar daxildir:

- Bakı-İsmayıllı-Bakı Nəqliyyatı
- Gəzəyənski Samovardan çay qonaqlığı
- Közdə sosiska
- Deyib-gülən bələdçilər
- Bir günlük səyahət sığortası
- Yürüş sığortası


Ödənişlə bağlı:

Yürüş üçün son qeydiyyat tarixi 8 Noyabr saat 15:00-dır.

0502033247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

• Qeydiyyat tamamladıqdan sonra, hər hansı bir səbəbdən, tura ən azı 2 gün qalmış iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tura 1 gün qalmış və ya tur günü iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq

İsmayıllı

Valideyn İclası; şuluqluq edənlər küssün

Qiymət:

29