Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Lənkəran / Khanbulan Lake Hiking

Turun detalları:

Başlama tarixi 24-11-2019
Bölgə: Lənkəran
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Nukha Outdoor Club

24 noyabrda Azərbaycanın Uzun Gölü adlandıra biləcəyimiz, Xanbulan gölünə səyahət edəcəyik. Xanbulan su anbarı 1976-cı ildə Lənkəran rayonunda istifadəyə verilmişdir. Gölün uzunluğu 4.7km, eni isə 2.2 km uzunluğundadır. Göl ətrafdan Hirkan milli parkının ərazisinə daxil olan meşəliklə əhatələnmişdir. Yürüş Hirkan milli parkının içərisi ilə həyata keçiriləcəkdir. Yürüş boyunca sizi nadir ağaclarla zəngin meşə fonunda möhtəşəm göl mənzərəsi müşayiət edəcəkdir.

TURUN PLANI

24 noyabr

07:00- Gənclik metrosu çıxışında toplanış
07:30-11:00 - Bakı-Lənkəran (Hirkan Milli Parkı)
11:00-15:00 - Hirkan milli parkının içərisi ilə Xanbulan gölünə yürüş
15:00-18:00 - Park ərazisində restoranda nahar fasiləsi və əyləncə vaxtı
18:30-22:00 - Bakıya qayıdış
_________________________________________________

Yürüş barədə:
Ümumi məsafə- 8 km
Müddət- 3-4 saat
Səviyyə: asan
________________________________________________

QİDALANMA

Özünüzlə yemək və su ehtiyyatını götürün
_________________________________________________
İŞTİRAKÇIDA OLMALIDIR

Bel çantası (Həcmi 20-30 litr)
Yürüş (hiking) ayaqqabıları (su keçirməz)
Yürüş üçün rahat paltarlar
Papaq
Su qabı
Eynək
Günəş kremi

_________________________________________________
QİYMƏT
35 AZN

Xərcə daxildir

Nəqliyyat
Səyahət sığortası
Çay fasiləsi
Bələdçi
Foto və video çəkiliş
Online ödəniş

_________________________________________________
QEYDİYYAT və ÖDƏNİŞ

Əlavə məlumatlar üçün zəng edə və ya whatsup vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı məlumat üçün əlaqədar şəxs:

0502033247 - Nərmin Abbaslı

*Əgər yürüşə 24 saat qalmış səyahətinizi ləğv edərsəniz ödəniş geri qaytarılmayacaq.

Lənkəran

Khanbulan Lake Hiking

Qiymət:

35