Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Şəki / Şəki Turu

Turun detalları:

Başlama tarixi 30-11-2019
Bölgə: Şəki
Tədbir tipi: Orta hiking
Müddət: 2 günlük
Qida: Ekotur
Təşkilatçı: BackPack Azerbaijan

Noyabrın yola salıb, dekabrı qarşılamaq üçün Bakıdan uzaqlaşıb, Şəki pitisiylə isinməyə gedirik. Bu turumuza qatılanlar “ağır” yemək sayılan pitini bir dəfəyə yeyib qurtarmalıdır. Pitini kim tez yeyib qurtarsa, ona hədiyyəmiz olacaq :)

TURUN PROQRAMI:

30-noyabr:
06:30 - Gənclik Mall`ın qarşısında toplaşma;
07:00 - Yola düşmə;
11:30 - Şəkidəyik, hostelə yerləşirik;
12:30 - Piti yarışı! Qalibə hədiyyə ;)
14:00 - Şəkinin mərkəzini gəzirik;
19:00 - Hostelə geri dönürük .

1-dekabr:
07:30 - Qalx ayağa, millət!
08:30 - Səhər yeməyi;
09:30 - Kiş kəndinə yola düşürük;
10:00 - Gələrsən-görərsən qalasına yürüş;
11:00 - Qaladan soyuq havada isti şəkillər;
12:00 - Qaynar şəlaləyə yola düşürük;
14:00 - Şəlalə ətrafında əjdaha oyunlar, nahar;
15:30 - Rayona qayıdırıq;
17:30 - Bakıya yola düşürük;
22:00 - Bakıdayıq.

Lazımı ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi tozluq və yürüş çubuqları (arzuolunandır)
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, əlcək və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

TURUN QİYMƏTİ:
27-noyabr 18:00-a qədər: 65 AZN
29-noyabr 18:00-a qədər: 67 AZN

QİYMƏTƏ DAXİLDİR:
Nəqliyyat
Hosteldə gecələmə
1-dəfə səhər yeməyi
2-günlük səyahət sığortası
Bələdçilər
Fotoşəkillər

Qeydiyyatla bağlı: 0502033247 Nərmin Abbaslı

Qeyd: Ödəniş etdikdən sonra, tura ən az 2-gün qalmışa qədər turdan imtina etsəniz, ödənişin 50%-i geri qaytarılacaq. Turdan 1-gün əvvəl və ya tur günü imtina etsəniz, ödəniş geri qaytarılmayacaq.

Şəki

Şəki Turu

Qiymət:

65