Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Quba / Qrız Şəlaləsinə yürüş

Turun detalları:

Başlama tarixi 29-02-2020
Bölgə: Quba
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: BackPack Azerbaijan

Şəlaləyə 13 km uzaqlıqda olan Qrız kəndi, Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Hiking sevən və başlamaq istəyənlər üçün Qrız ideal yerdir.

Yürüşün proqramı:
06:40 – Gənclik mall’un qarşısında toplaşma
07:00 – Yola düşürük
10:30 – Quba-Xınalıq yolu +Yürüşə başlayırıq
15:00 – Şəlalədəyik + Asudə vaxt, Şəkillərrrrrr
16:00 – Maşına geri dönürük
18:30 – Bakıya yola düşürük
22:00 – Bakıdayıq

Lazımi Ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat, sərtaltlı və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi və yürüş çubuqları (arzuolunandır)
- Əlavə geyim
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)


Nəzərə alınmalı məqamlar:
- Proqram ekoturdur və hər hansı yemək daxil deyil. Bu səbəbdən özünüzlə günlük yemək, sendviç götürməniz mütləqdir. Minimum 1 litr su götürün.
- Ayaqla gedəcəyimiz yolun gediş-gəliş uzunluğu birlikdə təxmini 13 km, yürüş müddəti isə 5-7 saat olacaq 1 qrup olaraq hərəkət edəcəyik.


Turun qiyməti:

Turun bir nəfər üçün qiyməti 32 AZN-dir.

Şəxsi avtomobili ilə gəlmək istəyənlər üçün ödəniş 21 AZN-dir.


Qiymətə aşağıdakılar daxildir:

- Bakı-Qrız-Bakı Nəqliyyatı
- Çay
- Professional Bələdçi
- Dağlı-daşlı şəkillər
- Yürüş sığortası


Qeydiyyatla bağlı:
0502033247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

• Qeydiyyat tamamlandıqdan sonra, hər hansı bir səbəbdən, tura ən azı 2 gün qalmış iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tura 1 gün qalmış və ya tur günü iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq

Quba

Qrız Şəlaləsinə yürüş

Qiymət:

32