Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Türkiyə / Gəzəyənlərin ll Cappadocia turu; Bizimlə Uçarmısınız?

Turun detalları:

Başlama tarixi 19-03-2020
Bölgə: Türkiyə
Tədbir tipi: Şəhər
Müddət: Uzun müddət
Qida: Food
Təşkilatçı: Gəzəyənlər Qrupu

Çox Hörmətli Gəzəyənlər!

Sizi təbrik edirik! Yeni xarici turunuz mübarəkdir.

19-24 Mart tarixlərində Trabzon-Kapadokya yollarına düşürük. Novruz bayramını Gəzəyənlər Ailəsinin bir üzvü olaraq keçirib, saysız gözəl xatirələr yığacağınız bu səyahətdə Qaradəniz sahilləri sizi qarşılayacaqdır. Demək olar ki, keçəcəyimiz hər şəhərdə fasilə verəcək, Batumi Bulvarına baş çəkəcək, Trabzonda şopinq-mopinqdən sonra dəhşətli mafia gecəsindən sağ çıxmağa çalışacayıq. Sabahı gün Kapadokya nağılı başlayacaq. Sehrli şəhərin fonunda şəkillərin baş qəhrəmanı sən olacaqsan. Uçacaksın, uçacaksın havalara uçacaksın!!! Balonlar sizi gözləyir. Özü də hava balonları...

Gün: 1 (19 Mart)
19:00 - Gənclik mallun qarşısında toplaşma
19:30 - Yola düşmə + Yol boyu fasilələr olacaq

Gün: 2 (20 Mart)
Batumidə səhər yeməyi
Trabzon Sahilboyu maşınla gəzinti, fasilələr
14:00 -Trabzon
14:30 - Otelə yərləşmə
Alış-veriş fasiləsi
Şəhər gəzintisi

Gün: 3 (21 Mart)
06:00 – Oyanırıq ! Səhər yeməyinə gedirik
06:30 – Səhər yeməyi
07:30 - Kapadokya yolçuları, zirehlənin!
17:00 - Kapadokyadayıq. Evə yerləşmə

Gün: 4 (22 Mart)

04:00 – Oyanın !
05:00 - Peri Bacalarına gediş, Balonların uçuşunu izləyirik, fotosessiya
08:00 – Evə qayıdırıq + Səhər yeməyi
10:00 – Axşama qədər gəzinti

Gün: 5 (23 Mart)
04:00 – Sabahınız xeyir!
05:00 – Peri bacalarına gediş, balonların uçuşunu izləyirikk, fotosessiya
07:00 – 08:00 – Səhər yeməyi
8:30 - Kapadokyadan çıxış, Rizeye yola düşürük
Rizede günorta yeməyi

Gün: 6 (24 Mart)
20:00 - Bakıdayıq

TURUN QİYMƏTİ:
-1 mart 18:00 tarixinə qədər qeydiyyatdan keçsəniz 380 AZN
-1 mart 18:00 tarixindən sonra qeydiyyatdan keçsəniz 420 AZN

Yerlər limitlidir. Tur üçün son qeydiyyat tarixi, 17mart 18:00-dur.

QİYMƏTƏ DAXİLDİR:
• Bakı - Kapadokya - Bakı nəqliyyatı (Travego)
• Trabzonda qonaqlama (1 gecə)
• Kapadokyada Mağara evdə gecələmə (3 gün 2 gecə)
• Kapadokyada səhər yeməyi (2 dəfə)
• Vadi və Yeraltı şəhərə giriş bileti
• Professional bələdçilər
• Əjdaha fotolar
• 6 günlük xarici səyahət siğortası

QİYMƏTƏ DAXİL DEYİL:
• Trabzonda səhər yeməyi
• Günorta və axşam yeməyi
• Balonlara minik bileti

QEYDİYYAT ÜÇÜN:
0502033247 Narmin Abbasli və ya ofisə yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz. Bu mümkün olmadıqda kartla ödəniş edə bilərsiniz.
- Bu komfort tur deyil. Qiymətin hamıya uyğun olması üçün çalışmışıq. Bu səbəbdən əsas fokusumuz gəzintiyə olub
- Hörmət qaydalarımız isə həmişəki kimi sabit qalır. Turu, tərkibini, proqramı, qiymətini bəyənmədiyiniz təqdirdə, öz fikrinizi bildirə bilərsiniz amma gəlin bunları etika çərçivəsində edək. Narazı olanlar təbii ki həmişə olacaq. İstənilən halda bu qrup turlarına qoşulmağa heçkim məcbur edilmir. Anlayışınız üçün Təşəkkür edirik!
- Qeydiyyat tamamladıqdan sonra, hər hansı bir səbəbdən, tura 20 gün qalmışa qədər iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tura 20 gün qalmış və ya tur gününə kimi iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq.

NƏZƏRƏ ALINMALI MƏQAMLAR:

- Biz qrup menecmenti olaraq sadəcə bu qrupun bir araya gəlməsinə xidmət edirik. Tur zamanı sizin başınıza gələn hər hansı hadisələrə görə Qrup Menecmenti cavabdeh deyil. Amma istənilən halda yürüş dövründə Tur Bələdçilərinin Təlimatlarını dinləməyi özünüzə borc bilməlisiniz. Bakıdan başlayaraq qrupu müşayiət edəcək professional bələdçilər olacaq.
- Proqrama sadəcə, səhər yeməyi daxildir.
- Gündəlik ayaqla gəzəcəyimiz məsafə 8-10 km, bəzən isə daha çox olacaq.
- Geyim: Özünüzlə, 6 günlük səyahət müddətində ehtiyac olan qədər geyim götürün. Artıq geyimləri özünüzə yük etməyin. Hər ehtimala waterproof geyimlər də götürün.

LAZIMİ LƏVAZİMATLAR:

• Şəhərdaxili yürüşlərdə şəxsi əşyalarınızı daşıya biləcəyiniz bel çantası (həcmi 10-30 litr)
• Rahat geyim, köynəklər, əlavə şalvar, su və külək keçirməyən gödəkçə, kepka və.s
• Rahat idman ayaqqabısı,
• Gün eynəyi və kremi (arzuolunandır)
• Gigiyenik əşyalar
Görüş vaxtı: 19 mart 19:00-dur. 19:30-da yola çıxacağıq.
Görüş Yeri: Atatürk parkının qarşısı

Türkiyə

Gəzəyənlərin ll Cappadocia turu; Bizimlə Uçarmısınız?

Qiymət:

380