Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

İsmayıllı / Donmuş Qaranohur gölünə yürüş

Turun detalları:

Başlama tarixi 16-02-2020
Bölgə: İsmayıllı
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: BackPack Azerbaijan

Qaranohur gölü İsmayıllı ərazisində yerləşən yüksək dağ gölüdür. İsmayıllı şəhərindən 8-km şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən 1520 metr yüksəkdədir. Böyük Qafqaz dağlarından axan Qaranohur çayının hövzəsinə daxildir.
Qaranohur gölünə gedib çıxmaq üçün Bakıdan doluşuruq avtobusa, gedirik İsmayıllının Talıstan kəndinə. Elə hər şey də burada başlayır. 10-dəqiqə motoru qızdırıb, enerji çənimizi tam doldurub, 11-km yürüşə başlayırıq.

YÜRÜŞ PROQRAMIMIZ
06:40 - Gənclik Mall'ın qarşısında toplaşma
07:00 - Yola düşmə
10:00 - İsmayıllı. Talıstan kəndi
10:20 - Yürüşə başlayırıq
14:00 - Qaranohur gölü + Asudə vaxt, Nahar fasiləsi
16:00 - Geri qayıdırıq
19:00 - Talıstan kəndi, Bakıya yola düşürük
22:00 – Bakıdayıq

LAZIMİ LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat və isti geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz, sərtaltlı bot və ya idman ayaqqabısı
- Yağmurluq və yürüş çubuqları
- Əlavə geyim (corab, köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)
QİDA:
Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar da ola bilər, termosda qaynar su götürməyiniz arzuolunandır. Həmçinin yolda market fasiləsi zamanı da ala bilərsiniz.

TURUN QİYMƏTİ:

Turun bir nəfər üçün qiyməti 25 AZN-dir.

QİYMƏTƏ DAXİLDİR:
Nəqliyyat
1-günlük səyahət sığortası
Professional Bələdçilər
Yürüşdən sonra çay
İnstagramlıq Fotolar

QEYDİYYATLA BAĞLI: 0502033247 Nərmin Abbaslı

QEYD: Tura 2-gün qalmışa qədər turdan imtina etsəniz, ödənişin 50%-i geri qaytarılacaq. Turdan bir gün əvvəl və ya tur günü imtina etsəniz, ödəniş geri qaytarılmayacaq.

İsmayıllı

Donmuş Qaranohur gölünə yürüş

Qiymət:

25