Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Qusar / Kuzun-Laza yürüşü

Turun detalları:

Başlama tarixi 16-02-2020
Bölgə: Qusar
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: BackPack Azerbaijan

Kuzun kəndi 1280 metr yüksəklikdə yerləşir. Laza kəndi Qızılqaya və Qabaş dağlarının ətəklərində 1300 metr yüksəklikdə dağ çökəkliyində yerləşir. Kuzun və Laza kəndi arasında, Laza kəndi ətrafında çoxlu şəlalələr var. Kuzundan başlamaqla Lazaya tərəf, iki kənd arasında Qusar çayın sahili ilə, yürüş edəcəyik. Yürüş təxminən 5-6 km-dir.

TUR PROQRAMI
07:00- Gənclik Mallun qarşısında toplanış
07:30-10:30 - Bakı-Qusar
10:30-15:30 - Kuzun kəndindən Laza kəndi istiqamətində şəlalənin yanından keçməklə yürüş.
15:30-18:00 - Laza kəndində çay fasiləsi
18:30-21:00 - Bakıya qayıdış


LAZIMİ LƏVAZİMATLAR

Qalın, su keçirməz, rahat geyim
Bel çantası (Həcmi 20-30 litr)
Yürüş ayaqqabıları (su keçirməz,altı sərt)
Papaq, əlcək, corab (əlavə 1 cüt), eynək.
Su və yemək ehtiyatı

TURUN QİYMƏTİ
35 AZN


QİYMƏTƏ DAXİLDİR:
Nəqliyyat Çay fasiləsi
Səyahət sığortası
Fotolar
Professional Bələdçi

Qeydiyyatla bağlı:
0502033247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

• Qeydiyyat tamamlandıqdan sonra, hər hansı bir səbəbdən, tura ən azı 2 gün qalmış iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tura 1 gün qalmış və ya tur günü iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq

Qusar

Kuzun-Laza yürüşü

Qiymət:

35