Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Qusar / Kuzun-Laza yürüşü

Turun detalları:

Başlama tarixi 22-03-2020
Bölgə: Qusar
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: BackPack Azerbaijan

Laza kəndi, Qafqaz sıra dağlarının şimal-şərqində yerləşən Şahdağ yüksəkliyinin Şah yaylaq dağının ətəyində,dəniz səviyyəsindən 1600+ metr yüksəklikdə yerləşir. Yürüş təxmini 8-10 km olub kəndin girişindən kənd evinə, evdən şəlalələrə doğru və əks istiqamətdə olacaq.

Turun proqramı:

06:40 - Gənclik Mallın qarşısında toplaşma
07:00 - Yola düşürük
10:30 - Laza kəndi girişi, yürüşə başlayırıq
12:00 - Kənd evi, çay süfrəsi
13:00 - Şəlalələrə doğru yol alırıq
14:00 - Şəlalə ətrafında asudə vaxt, oyunlar
16:00 - Kənd evinə qayıdıb hazırlaşırıq
17:30 - Kəndin girişinə doğru geri dönürük
18:00 - Bakıya yola düşürük
21:30 - Bakıdayıq


Lazımi Ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi, tozluq və yürüş çubuqları (arzuolunandır)
- Əlavə geyim (corab, qısaqol köynək və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Özünüzlə yarım günlük su və qida ehtiyatı götürməyiniz məsləhət görülür (cörəkarası, meyvə-tərəvəz, konserva, ən az 1 litr su və s.). Bunları özünüzlə də gətirə bilərsiz, yolüstü supermarketdə dayananda da ala bilərsiz.


Turun qiyməti:
29 AZN


Qiymətə aşağıdakılar daxildir:
- Bakı-Qusar-Laza kəndi-Qusar-Bakı Nəqliyyat;
- Kənd evində çay süfrəsi;
- 1 günlük səyahət sığortası;
- Bələdçilər;
- Profillik şəkillər.


Qeydiyyat: 0502033247 - Nərmin Abbaslı


Diqqət: Qeydiyyatdan keçəndən sonra, hər-hansı bir səbəbdən, tura ən azı 2-gün qalmış, gedişdən imtina etsəniz ödədiyiniz məbləğin 50 %-i geri qaytarılacaq. Turdan 1 gün əvvəl və ya tur günü imtina etsəniz, məbləğ geri qaytarılmayacaq

 

Qusar

Kuzun-Laza yürüşü

Qiymət:

29