Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Xızı / Bəybəyim Zirvə yürüşü

Turun detalları:

Başlama tarixi 23-03-2020
Bölgə: Xızı
Tədbir tipi: Dağ
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: BackPack Azerbaijan

Backpack`lərimizi Xızı dağlarında yerləşən Bəybəyim zirvəsinə qaldıracağıq. Bəybəyim zirvəsinin hündürlüyü 935-metrdir. Yürüş səviyyəsi asandır. İlk dəfə zirvə fəth etmək istəyən Backpackerlər üçün yaxşı seçimdir :)

TURUN PROQRAMI:
07:00 - Gənclik Mall`ın qarşısında toplaşma;
07:30 - Xızı istiqamətində yola düşmə;
09:30 - Xızıdayıq;
10:00 - Yürüşə başlayırıq;
14:00 - Zirvədəyik;
+Asudə vaxt, nahar;
15:00 - Kəndə qayıdırıq;
18:00 - Bakıya yola düşürük;
20:00 - Bakıdayıq.

LAZIMİ LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz, altı sərt bot və ya idman ayaqqabısı
- Yürüş çubuqları (arzuolunandır)
- Əlavə geyim (corab, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Özünüzlə yarım günlük su və qida ehtiyatı götürməyiniz məsləhət görülür (cörəkarası, meyvə-tərəvəz, konserva, ən az 1 litr su və s.). Bunları özünüzlə də gətirə bilərsiz, yolüstü supermarketdə dayananda da ala bilərsiz.


TURUN QİYMƏTİ:
26-AZN


QİYMƏTƏ DAXİLDİR:
-Nəqliyyat;
-Səyahət sığortası;
-Çay süfrəsi;
-Professional Bələdçilər;
-Fotoşəkillər.

QEYDİYYATLA BAĞLI: 0502033247 Nərmin Abbaslı

 

Diqqət: Qeydiyyatdan keçəndən sonra, hər-hansı bir səbəbdən, tura ən azı 2-gün qalmış, gedişdən imtina etsəniz ödədiyiniz məbləğin 50 %-i geri qaytarılacaq. Turdan 1 gün əvvəl və ya tur günü imtina etsəniz, məbləğ geri qaytarılmayacaq

 

 

Xızı

Bəybəyim Zirvə yürüşü

Qiymət:

26