Turun detalları:
Qaranohur gölü İsmayıllı
ərazisində yerləşən yüksək dağ gölüdür. İsmayıllı şəhərindən 8-km şimal-şərqdə
yerləşir. Dəniz səviyyəsindən 1520 metr yüksəkdədir. Böyük Qafqaz dağlarından
axan Qaranohur çayının hövzəsinə daxildir.
Qaranohur gölünə gedib çıxmaq üçün Bakıdan
doluşuruq avtobusa, gedirik İsmayıllının Talıstan kəndinə. Elə hər şey də
burada başlayır. 10-dəqiqə motoru qızdırıb, enerji çənimizi tam doldurub, 11-km
yürüşə başlayırıq.
YÜRÜŞ PROQRAMIMIZ
06:40 - Gənclik Mall'ın qarşısında toplaşma
07:00 - Yola düşmə
10:00 - İsmayıllı. Talıstan kəndi
10:20 - Yürüşə başlayırıq
14:00 - Qaranohur gölü + Asudə vaxt, Nahar fasiləsi
16:00 - Geri qayıdırıq
19:00 - Talıstan kəndi, Bakıya yola düşürük
22:00 – Bakıdayıq
LAZIMİ LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat və isti geyim, su və külək keçirməyən
gödəkçə
- Rahat və sukeçirməz, sərtaltlı bot və ya idman
ayaqqabısı
- Yağmurluq və yürüş çubuqları
- Əlavə geyim (corab, köynək, papaq və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet,
fincan və s.)
QİDA:
Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz,
müxtəlif konservalar da ola bilər, termosda qaynar su götürməyiniz
arzuolunandır. Həmçinin yolda market fasiləsi zamanı da ala bilərsiniz.
TURUN QİYMƏTİ:
Turun bir nəfər üçün qiyməti 25 AZN-dir.
QİYMƏTƏ DAXİLDİR:
Nəqliyyat
1-günlük səyahət sığortası
Professional Bələdçilər
Yürüşdən sonra çay
İnstagramlıq Fotolar
QEYDİYYATLA BAĞLI: 0502033247 Nərmin Abbaslı
QEYD: Tura 2-gün qalmışa qədər turdan imtina etsəniz,
ödənişin 50%-i geri qaytarılacaq. Turdan bir gün əvvəl və ya tur günü imtina
etsəniz, ödəniş geri qaytarılmayacaq.