Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Qəbələ / Qəbələ Kamp

Turun detalları:

Başlama tarixi 11-03-2020
Bölgə: Qəbələ
Tədbir tipi: Camping
Müddət: 2 günlük
Qida: Food
Təşkilatçı: BackPack Azerbaijan

Yaz havasını vətəndə yaşamaqdan gözəl nə ola bilər? Əlbəttə ki, veş-vüşü yığıb təbiətə kamp üçün

getmək. (Kamplarımızı bilənlər bilir )

Qəbələnin Bəyli kəndində bir tərəfində çay, bir tərəfində ağaclar olan gözəlliklərlə dolu bir məkana

kamp atmağa gedəcəyik. . Gecə ocaq qurub onun ətrafında mahnılar oxuyub, kəklikotulu samovar

çayı dəmləyib, səhərə qədər söhbətlər edəcəyik. Səhər isə çadırlarımızı yığışdırdıqdan sonra

Duruca şəlaləsinə yürüş edəcəyik. Həm kamp həm də yürüş daxil olan kampımıza hər kəs dəvətlidir.


Tur proqramı:

11 Aprel

07:00 –Gənclik Mall`un “Starbucks” çıxışında toplanırıq;

07:30 – Yola düşürük;

11:50 – Kamp ərazisindəyik+çadırları qurub, istirahət edirik+asudə vaxt

18:00 – Ocaq ətrafı söhbətlər başlayır;

01:00 – Yuxusu gələn yatır. Yatmaq istəməyənlərlə Günəşi salamlayacayıq. 

12 Aprel

07:00 – Oyanmaq vaxtıdır! (Zarafat edirik. Bu vaxt oyanmaq olar? )

09:00 - Sabahınız xeyir;

09:30 - Ocaqda bişmiş xüsusi reseptli pomidor-yumurta sizi gözləyir;

12:00 – Çadırların yığılması

13:30 – Duruca şəlaləsinə yola düşürük;

15:00 – Şəlaləyə çatırıq

16:00 – Duruca kəndinə yola düşürük;

17:30 – Bakıya yola düşürük;

21:30 – Bakıdayıq.

Turun 1 nəfər üçün qiyməti:

46 AZN-dir

Kamp ləvazimatlarının kirayəsi: 10 AZN-dir;

Şəxsi avtomobil ilə qoşulmaq istəyənlər üçün ödəniş; 29 AZN-dir.

QEYD: 5 nəfər eyni anda qeydiyyatdan keçərsə, kamp ləvazimatları ödənişsiz verilir.

Qiymətə aşağıdakılar daxildir:

- Bakı – Qəbələ – Bakı Avtobusu;

- 1 səhər, 1 axşam yeməyi;

- Dostlarınızı qısqandıracaq profillik şəkillər;

- 2 günlük səyahət sığortası;

- Sizin bələdçilər;

- Limitsiz kəkliotulu, mixəkli, şokoladlı Samovar çayı;

- Frizbi təlimi;

- Yürüş çubuğu

Lazımi ləvazimatlar:

- Bel çantası (həcmi 10-30 litr);

- Gün eynəyi və kremi. Əlavə geyim (corab, qısaqol köynək, şortik, çimərlik geyimi, sandalet, şəxsi

gigiyenik əşyalar və s.);

- 2 günlük günorta yeməyi.

Tur üçün son qeydiyyat tarixi: 10 Aprel, saat: 18:00.


Qeydiyyat üçün: +99450 203 32 47 Nərmin Abbaslı ilə əlaqə saxlaya bilərsiniz.

Ödənişi həm onlayn, həm nağd, həm də Expresspay ödəniş terminalı vasitəsi ilə həyata keçirə

bilərsiniz.

#1. Tura 3 gün qalana qədər iştirakdan imtina edilərsə ödənişin 50%-i geri qaytarılır.

#2. Tur günü və ya tura iki gün qalmış ödəniş geri qaytarılmır.

Qəbələ

Qəbələ Kamp

Qiymət:

46