Turun detalları:
Azərbaycanda
və ya Xaricdə Reallaşdıra Biləcəyiniz 30 Real Biznes İdeyası!
Mən
Turizm üzrə çalışıram, bütün işlərimi, həyatımı bu sferada qurmuşam. Amma
birçox ehtiyaclar zamanı, xaricə səfərlər zamanı gördüklərimə əsasən ağlıma
maraqlı, real biznes ideyaları gəlir. Amma özümə söz vermişəm ki, Səyahətdən kənar
heçbir biznesə daxil olmayacam. Dəfələrlə maraqlı təkliflər olub partnyor olmaq
üçün amma özümü sıxıb YOX demişəm. Fokusumu itirməmək üçün.
Bütün
bunları nəzərə alaraq, ağlımda yığılıb qalan, bəzilərinin hətta biznes planını
hazırladığım, bəzilərinin logo, dizaynın etdirdiyim Biznes İdeyalarım var.
Bunları mən böyük ehtimal istifadə etməyəcəm və kiminsə etməsinə şərait yarada
bilərəm. Çox istərdim ki, kimsə etsin və uğurlu olsun.
İdeyalar
hansı sferaları əhatə edir?
-
Təhsil
-
Marketinq
-
Turizm-Transport
-
Xidmət Sferası
-
Bloqlar
-
Texnologiya
-
Franşizalar
-
Dizayn
-
Maşın və Motosiklet
-
Spesifik Konsaltinqlər
-
Digər Sahələr
Deyə bilərsiniz
ki, ideya boş şeydir, əsas reallaşdırmaqdır. Reallaşdırmaqla bağlı da qısa yolu
izah edəcəm. Daha siz heçnə etmədən nəyəsə nail olmaq istəyirsinizsə, bu
vebinar sizlik deyil.
İdeyaların
bəziləri bu Koronavirus dövründə başlamaq üçün idealdır! Bütün ideyaları 2 gün ərzində, hərəsində 2 saat olmaqla izah edəcəm.
İstənilən qoşulan iştirakçı ideyanı götürüb, reallaşdırmaqda sərbəstdir.
Vebinarın
Qiyməti: 29 AZN.
Qazanacağınız
Dəyər: 30 Fərqli Fikir, Fərqli Yanaşma.
QEYD: Vebinar artıq keçirilmişdir. Sizə yenidən qulaq asmağınız üçün video yazı göndəriləcəkdir. Video yazıya 2 həftə ərzində baxmaq imkanınız olacaqdır.