Turun detalları:
Başlama tarixi
23-04-2020
Bölgə:
Vebinar
Tədbir tipi:
hacked by CrankySt@lker - telegram : @tod0_bem
Müddət:
1 Günlük
Qida:
Evdə Olanlardan :)
Təşkilatçı: Trawell Group
Bu vebinarda Marketinqin 3 damarını bizimlə bir yerdə tutacaqsınız!
İstər Marketinq ixtisasında oxuyan tələbə, istər bu sahəyə başlamaq istəyən həvəskar, istərsə də uzun illər bu istiqamətdə işləyən mütəxəssis olun, bu vebinar sizin üçündür!
Vebinar 2 saat təşkil edəcək. Bu iki saat ərzində Facebook Pixel, Google Analytics, Google Search Console haqqında danışıb, suallarınıza aydınlıq gətirəcəyik.
19 AZN-ə nələr öyrənəcəksiniz?
- Facebook Pixel
1. Nədir?
2. Biznesinizə qaçınılmaz təsiri
3. Remarketinqin düzgün aparılması
4. Dynamic Reklamları yerləşdirərkən nələrə diqqət etməli?
5. “17 Standart Event” üzrə Facebook Pixelin istifadəsi
- Google Analytics
1. Nədir? İşləmə prinsipi
2. Biznesinizə qaçınılmaz təsiri
3. Texniki tərəflər-Sayta qoşarkən nələrə diqqət yetirməliyik
4. Google Analytics ilə Benchmarking
5. Google Analytics ilə Cohort Analyse
6. Rəhbərlik üçün Google Analytics Reportlarının hazırlanmasında nələrə diqqət yetirməliyik
7. Google Analytics-in saytınızla bağlı proqnoz verdiyini bilirdinizmi?
- Google Search Console
1. Saytınızın traffic və perfomansını ölçməyin rahat yolları
2. Google-da saytınız neçənci yerdədir?
3. Saytınızın mobil versiyasının görünüşünü inkişaf etdirmək üçün vacib detalları
4. Google-ın sizə gələn mesajını oxuyacaqsınız.
Vebinar 17:00-19:00 aralığında baş tutacaq.
Vebinarı Pickvisa Dubay, Vizam.az, Backpack Azərbaycanın Marketinq Meneceri Mahal Aliyeva keçəcək.
Əlavə sualınız olarsa, 050/55 3000135 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
19
₼
Qeydiyyatdan keç