Turun detalları:
Startap və şəxsi biznesini qurmaq istəyən şəxslər!
7 hissəli 1 proqram düşünün ki, içində:
- Togrul Səməd Buglanceda istifadə etdiyi Growth Hacking alətlərdən;
- Orxan Əhməd Kvotter ilə bir innovativ startapın inkişafında yaşadığı çətinliklərdən;
- Vagif Abbasov 1 azərbaycanlı startapın “500 Startups”a necə düşə biləcəyindən;
- Orxan Rza Mobil Oyun Sənayesindən və Ronaldinyo kimi bir ulduzu layihəyə necə cəlb etməsindən;
- Cavid Məmmədov Sumaks təcrübəsilə bu ölkədə Hardware Startapının yaradılması şərtlərindən;
- Günay Kazımzadə Artificial Intelligence və Machine Learningin Startaplara necə tədbiq edilməsindən;
- Mən isə Pickvisa.com ilə çoxları üçün ümidsiz görünən bir startapa necə 2 investisiya almağımdan danışacam.
Vebinarın hər hissəsi 1 startapa, gedilən 1 uzun, çətin yola həsr olunacaq.
Vebinar kimlər üçündür:
- İstənilən sferada öz startapını qurmaq istəyənlər üçün
- Öz biznesinə investisiya cəlb etmək istəyənlər üçün
- Öz biznesinə innovasiya qatmaq istəyənlər üçün
- Öz mobil oyununu qurmaq istəyənlər üçün.
Təlimçilər:
Toğrul Səməd, Buglance Startapının Təsisçisi.
Vaqif Abbasov, Keepface Startapının HəmTəsisçisi
Orxan Əhməd, Bon.az Startapının HəmTəsisçisi
Cavid Məmmədov, Sumaks Startapının həmTəsisçisi
Orxan Rza, Eleven Kings Mobil Oyunun Təsisçisi
Günay Kazımzzadə, Techcentrum Təsisçi, Google Scholarship Holder
Baba Ağayev, Vizam.az, Pickvisa.com Startaplarının Təsisçisi
QEYD: Vebinar artıq
keçirilmişdir. Sizə yenidən qulaq asmağınız üçün video yazı göndəriləcəkdir.
Video yazıya 2 həftə ərzində baxmaq imkanınız olacaqdır.