Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Vebinar / Maliyyəni sevməyənlər üçün Maliyyə 2

Turun detalları:

Başlama tarixi 17-07-2020
Bölgə: Vebinar
Tədbir tipi: Onlayn
Müddət: 1 Günlük
Qida: Evdə Olanlardan :)
Təşkilatçı: Trawell Group

Əgər siz karyeranızı inkişaf etdirib şirkət daxilində daha böyük rollara yiyələnmək istəyirsinizsə və ya rəhbər olaraq maliyyə komandanızın təqdim etdiyi hesabatları anlamaqda çətinlik çəkirsinizsə sizin fundamental maliyyə biliklərinə ehtiyacınız var deməkdir. Rəqəmlərlə yola getməməyiniz buna mane olmayacaq. Əsas odur ki, onların biznesə verdiyi dəyərin önəmini anlayasınız.

Vebinarımızda aşağıdakı mövzular əhatə olunacaq:

1.       Maliyyə nədir – Maliyyənin biznesə verdiyi dəyər

2.       Maliyyə hesabatlarının interpretasiyası və onlar əsasında qərar vermə

3.       Mənfəət və nağd pul arasındakı fərqi anlamaq

4.       Maliyyəçilər tərəfindən tez-tez istifadə edilən jarqonlar

5.       Xərc və ‘break-even’ analizi – müxtəlif xərc növləri və ‘break-even’ nöqtəsinin tapılması

6.       Büdcə - büdcə hazırlanması və idarə olunması

7.       Performans dəyərləndirilməsi –maliyyə performansını müəyyən edən əsas amillərin müəyyənləşdirilməsi

8.       Verilən qərarların maliyyə hesabatlara təsirini anlamaq

 

Vebinar kimlər üçün hazırlanıb:

-     Şirkət, startap rəhbərləri üçün

-     Maliyyə şöbəsindən kənar departamentlərin rəhbərləri üçün

-     Başqa deparamentdən olub, Maliyyə barəsində ümumi informasiya əldə etmək istəyənləüçün

 

Təlimçi:

Cümşüd Sultanov.

Maliyyəçi və şirkət rəhbəri.

10 ildən çox maliyyə təcrübəsi var və Certified Managerial Accountant sertifikatının sahibidir. EY, BP, Rapid Solutions kimi şirkətlərdə çalışıb. Hazırda ERPGO şirkətinin rəhbəri olaraq çalışmaqdadır.

Vebinarı 17 İyul tarixində 19:00 – 21:00 saatlarında canlı, növbəti 2 həftə ərzində isə oflayn olaraq izləyə biləcəksiniz.

Vebinar

Maliyyəni sevməyənlər üçün Maliyyə 2

Qiymət:

19