Turun detalları:
“Yaxşı
inşandı, ürəyi təmizdi, amma “kruqu” pisdir”, “O almandı/yapondu ee, onlarda hər şey dəqiq
olur”, “Filankəsin yaxşı ətrafı var, ona görə indi vəzifədədir” və s. kimi cümlələri
tez-tez eşidirik, bəxtin üstünə atıb keçirik. 2013-cü ildə fikir verməyə
başladıq ki burda nəsə var. Niyə axı bir insan bir qrupun, icmanın üzvü olan kimi
başlayır dəyişməyə? Niyə bəzi ölkələr obirisilərindən daha sürətlə inkişaf edir? Görəsən bu effekti özümüz, öz ölkəmizdə yarada bilərik?
Bu
vebinarda təəssüf ki danışılmayan amma eyni zamanda geniş istifadə olunan Cəmiyyətin
necə formalaşdırmasını bölüşəcəyik.
Bü
mövzu niyə önəmlidir?
Çünki
hər birimiz sağlam cəmiyyətdə yaşamaq istəyirik. Hər birimiz özümüzü inkişaf edən,
bir birinə dəstək olan insanlarnan əhatə etmək istəyirik. Bunu da etmək üçün Zərif
və Əhmədiyyə 2013-cü ildə başlayan və hələ də davam edən araşdırmalarını və eksperimentlərini
(həm öz həmdə qlobal nümünələr) sizinlə bölüşəcəklər.
Vebinarda
sizi nə gözləyir?
- Qlobal cəmiyyət nümunələri (produktiv və destruktiv).
- Yerli onlayn qrupların analizi və trend olma səbəbləri
- Cəmiyyətin strukturu və “Cəmiyyəti necə qurmağa başlayaq”
- Uğurlu cəmiyyət (cəmiyyətlər) qurmaq üçün bizdən hansı addımlar gözlənilir
- Urbanizmin cəmiyyətə təsiri
- Cəmiyyətdə olan İnsan tipləri və hər biri ilə ünsiyyət
- İnkişaf metodları
- Netvorkinq in əsasları və “Day-day” ları öz əlaqələrinizə əlavə etməyin
yolları
Vebinarda
bölüşülən hər bir məlumat ya biz yada ki tarixnən test olunan metodlardır. İstənilən
insan onları götürüb şəxsi məqsədləri üçün istifadə edə bilər (güman edirik ki
şəxsi məqsədlər yaxşıya doğre aparacaq…)