Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Vebinar / Dünya uşaqların gözü ilə 3 TƏKRAR

Turun detalları:

Başlama tarixi 20-06-2020
Bölgə: Vebinar
Tədbir tipi: Onlayn
Müddət: 2 günlük
Qida: Evdə Olanlardan :)
Təşkilatçı: Baba Aghayev

Uşaqlarınız Coğrafiyanı sevirmi? Onlar fərqli ölkələri, xalqları, mədəniyyətləri nə qədər yaxşı tanıyırlar

Dünya uşaqların gözü ilə” adlı uşaqlar üçün etdiyim 2 vebinardan sonra gələn çoxsaylı istəkləri nəzərə alaraq həmin proqramın 3-cü hissəsini yaratmaq qərarına gəldim.

Bu vebinarda uşaqlarınızla fərqli oyunlar əsasında:

-          Dünya, fərqli ölkələr ilə bağlı təsəvvürlərini inkişaf etdirəcəm

-          Xalqlar, onların mədəniyyətləri, adət-ənənələri ilə bağlı maraqlı fikirləri bölüşəcəm

-          Uşaqlara fərqli dillərdə olan baza salamlaşma sözlərini öyrədəcəm

-          Və ən əsası, onlarda bütün dünyaya, fərqli ölkələrə qarşı xüsusi maraq oyadacam.

2 gün ərzində 2 saatlıq da olsa, uşaqlarınızı sizdən alıb, dünya səyahətinə aparacam!

Proqram II – X sinif uşaqlarına üçün uyğundur.

Təlimçi: Baba Ağayev. 6 qitə və materikin 57 ölkəsində olmuş səyahətçi.


QEYD: Vebinar artıq keçirilmişdir. Sizə yenidən qulaq asmağınız üçün video yazı göndəriləcəkdir. Video yazıya 2 həftə ərzində baxmaq imkanınız olacaqdır.

Vebinar

Dünya uşaqların gözü ilə 3 TƏKRAR

Qiymət:

10