Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Vebinar / İngilis dilinin qrammatikasında Doğru Bilinən Yalanlar!

Turun detalları:

Başlama tarixi 11-06-2020
Bölgə: Vebinar
Tədbir tipi: Onlayn
Müddət: Yarım günlük
Qida: Evdə Olanlardan :)
Təşkilatçı: Trawell Group

Əminəm aranızdan bir çoxunuzun qrammafobiyası vardır. Buna səbəb isə bizə orta məktəbdə İngilis dilinin tədrisi zamanı müəllimlərimizin bizə qrammatik qaydaların tədrisi zamanı qoyduqları qadağlardır. Onlardan ən məşhurun yəqin ki, xatırlayırsız: “because” sözün heç vaxt cümlənin əvvəlində işlətmə! Əslində isə, İngilis dili zənn etdiyiniz qədər çətin deyil. Gəlin, qrammatika fobiyalarınızın öhdəsindən birgə gələk!

Beləliklə 2 saat ərzində aşağıdakı  mövzular müzakirə olunacaq:

- İngilis dilinin qrammatikasının Azərbaycan dilinin qrammatikası ilə müqayisəsi fonunda öyrənilməsi;

- İngilis dilinin qrammatikasında 10 “doğru” bilinən “yalan” qayda və onların misallarla izahı;

- Yuxarıdakı 2 maddə üzrə workshop;

11 İyun tarixində baş tutacaq vebinar qrammafobiyası olanlar üçün nəzərdə tutulub. Vebinar 15:00-17:00 arasında baş tutacaqdır. 


İştirakçılar Sertifikatla təmin olunacaqdır.

Təlimçi: 

Günay Məmmədova

Azərbaycan Dillər Universitetinin Doktorant Müəllimi

Dövlət İmtahan Mərkəzinin “Listening” mətnlərin səsləndirilməsi üzrə eksperti

IDEA – International Dialects of English Archive tədqiqat mərkəzinə səsyazısı qəbul olunmuşdur.


Vebinar

İngilis dilinin qrammatikasında Doğru Bilinən Yalanlar!

Qiymət:

9