Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Vebinar / EXCEL WEEK

Vebinar detalları:

Başlama tarixi 01-07-2020
Bölgə: Vebinar
Tədbir tipi: Onlayn
Müddət: Uzun müddət
Qida: Evdə Olanlardan :)
Təşkilatçı: " WeFinix "

EXCEL WEEK

Karantin müddətini səmərəli keçirtməyiniz məqsədilə sizlər üçün əla fürsət yaratdıq!

Hər gün ev tapşırıqları və həftəboyu dəstəklə 1 həftəlik modulumuzu sizlərə açıq elan edirik!

Excel Week kimlər üçün faydalıdır?

Əgər sən də

  •  Karyera inkişafında durğunluq yaşayır, illərdir eyni işləri görürsən...
  •  İstədiyin zaman istirahət edə bilmirsən, çünki hazırkı gəlir səviyyəni qorumaq üçün çox işləməlisən...
  • Xüsusən də Hesabat periodlarının sonuna yaxın gündəlik işə sərf etdiyin zaman hər dəfə artıb 10-12-16-18 saat olsa da, bunun qarşılığında əmək haqqın artmırsa...
  • Karyeranın inkişaf sürəti səni qane etmir, və ya ümumiyyətlə sənin xəyal etdiyin şəkildə inkişaf etmirsə...
  • Gəlir səviyyəni artırmaq, xüsusən də bunu ailə və iş balansını qorumaqla etmək istəyirsənsə...

O zaman Excel Week sənin üçün çox faydalı olacaq.


Excel Week-də iştirak etməklə ...

  •  Sən ən çox tələb olunan bacarığa – Model qurma bacarığına sahib olacaqsan!
  •  Model qurma bacarığı sənin karyeranda inkişafa təkan olacaq.
  •  Hesabat Modellərini optimallaşdırdıqdan sonra ixtisas və təcrübəsindən asılı olmayaraq hesabatların hazırlanmasını digər əməkdaşa yönləndirə (delegate) biləcəksən.
  •  Ən əsası hesabatlar hazır olduqdan sonra onları analiz etməyə daha çox zamanın qalacaq.
  •  Bu da öz növbəsində Sənin biznes analitik kimi yetişməyinə imkan yaradacaq.
  •  Bundan əlavə iş dünyasında ən çox tələb olunan Excel biliklərini möhkəmləndirəcəksən!
  •  Hər gün tətbiq etməklə öyrəndiklərini qısa zamanda unutmayacaq, özününküləşdirəcəksən!

Excel Week-ə qoşulmaqla ► Excel vasitəsilə ilk optimal hesabat modelini formalaşdır

Excel Week-in hədəfi:

Gələcəyin FREELANS EXCEL EKSPERT-lərini yetişdirmək.


Təlimçi kimdir?

Şəhla Abdulla – Maliyyəçi-analitik, Excel və Excel VBA üzrə ekspert. Hal-hazırda CEO-u və qurucusu olduğu WeFinix şirkətində təlimçi və Bakı Mühəndislik Universitetində mühazirəçi olaraq çalışır. Bundan əlavə, PAŞA Bank və PAŞA Həyat kimi şirkətlərdə Frilans Konsultant, Barrattson və QSS şirkətlərində təlimçi olaraq çalışmışdır. ACCA sertifikasiyası üzrə 13 imtahandan 9-unu müvaffəqiyyətlə verərək, “Advance Diploma in Accounting & Business” sahibidir. Eyni zamanda Milli Mühasiblər Forumu 2 və 3-də Spiker olaraq iştirak etmişdir. “Kənd Təsərrüfatının Maliyyələşdirmə Mənbələri” kitabının həmmüəllifidir.


Excel Weekdə iştirak etməklə əldə edəcəksən:

  • “İŞTİRAKÇI” və ya “FƏRQLƏNMƏ” sertifikatı;
  •  Modelləşdirmə qaydalarını öyrənəcək və tətbiq edəcəksən;
  •  İç-içə formullarla işləmə bacarığını mükəmməlləşdirəcək;
  •  Həmçinin, aşağıda qeyd olunan bütün Excel funksiya və alətləri barədə biliklərini dərinləşdirəcək, praktikada tətbiq edərək, 100% təminatla mənimsəyəcəksən:

    DATE, MID, SUBSTITUTE, VLOOKUP, IFERROR,  EOMONTH, CUSTOM FORMAT, DATA VALIDATION, TABLE, NAME RANGE, IF, AND, SUMIFS, COUNTIFS, MATCH, INDEX, GROUPPING, NA, CONDITIONAL FORMATTING.


Həftə ərzində nə edəcəyik?

1-ci Gün:

«E-qaimə - çirkli datanın təmizlənməsi»

  •  TEXT kimi tanınan qaimə tarixlərinin TARİX məlumatları ilə əvəzlənməsi;
  •  Kontragent VÖEN-lərinin təmizlənməsi və prefiks əlavə edilməsi;
  •  TEXT formatından irəli gələn artıq simvolların silinməsi ilə Əsas və ƏDV məbləğlərinin təmizlənməsi;
  •  DATE, MID, SUBSTITUTE, VLOOKUP, IFERROR funksiyalarının tətbiqi;
  •  1-ci gün Şəhla Abdulla ilə Vebinar: «Modelin təqdimi, qaydalar və sual-cavab».

2-ci Gün:

«Məlumat bazasının formalaşdırılması»

  •  Məlumat bazasının formalaşdırılması və dinamikliyinin təmin edilməsi;
  •  İlkin sənədlərdə əksini tapan Yeni kontragentlərin müəyyənləşdirilməsi və məlumat bazasına əlavə edilməsi;
  •  Hesabat periodunun dinamik şəkildə seçiminin təmin edilməsi;
  •  Seçilən period əsasında İlkin qalıq və son qalıq tarixlərinin avtomatik müəyyənləşdirilməsi;
  •  EOMONTH, CUSTOM FORMAT, DATA VALIDATION, TABLE, NAME RANGE-in tətbiqi.

3-cü Gün:

  • «İlkin qalıq - məlumatlarının dinamik şəkildə hesablanması»
  •  İlkin sənədlər üzrə hər bir əməliyyatın öz tarixinə əsasən seçilən period ilə qarşılaşdırılması;
  •  İlkin qalıq məlumatlarının dinamik şəkildə, yəni seçilən perioddan asılı olaraq hesablanması;
  •  Cari period və son qalıq məlumatlarının hesablanılması;
  •  IF, AND, SUMIFS funksiyalarının tətbiqi.

4-cü gün

«Checking – Modelin Yoxlama sisteminin formalaşdırılması»

  • Human error - Modelin istifadəçisi tərəfindən edilə biləcək mexaniki səhvlərin müəyyənləşdirilməsi;
  • Hər səhv üçün ayrıca yoxlama formulunun qurulması;
  • Hər hansısa bir səhv baş verdiyi anda istifadəçiyə məlumat vermək məqsədilə Conditional formatting instrumentinin tətbiqi;
  •  «Userfriend» olması məqsədilə fərqli yerlərdə olan yoxlama formullarının 1 xanada
  • əlaqələndirilməsi;
  • COUNTIFS, MATCH, INDEX, GROUPPING-in tətbiqi;
  • Şəhla Abdulla ilə Vebinar: «Keçilən mövzuların müzakirəsi, Sual-Cavab».

5-ci Gün:

«2-ci hesabat formasının modelə əlavə edilməsi»

  •  İllik hesabat, kontragentlər üzrə hər ayın qalıq məbləğlərinin hesablanması;
  •  Məlumat bazası və hesabatlar arasında referansların qurulması;
  •  Hesablamalarda iştirak edən xanaya ehtiyac olduğu təqdirdə TEXT-yazının əlavə edilməsi;
  •  CUSTOM FORMAT, SUMIFS (with Date), NA funksiyalarının tətbiqi.

6-cı Gün:

«Visuallaşdırma və Checking məqsədilə Conditional Formatting`in tətbiqi»

  •  Hesabat 2 üçün diaqramın əlavə edilməsi;
  •  «Userfriend» olması məqsədilə səhvlərin, sıfırların, və ehtiyac olmayan məlumatların gizlədilməsi;
  •  Conditional formatting: DUBLICATE VALUES, ICON SETS, MANAGE RULES-un tətbiqi.

7-ci Gün:

  •  Şəhla Abdulla ilə Qapalı MasterKlass:
  •  «Bank və Depozit məlumatlarının Hesabat Modelinə əlavə edilməsi»


ENDİRİM və BONUSLAR-dan yararlanma imkanı

«İŞTİRAKÇI» sertifikatı ilə bitirənlər:

  •  #ExcelGame təlim paketi - ENDİRİM 100 AZN [395 deyil, 295 AZN]

«FƏRQLƏNMƏ» sertifikatı ilə bitirənlər:

  • #ExcelGame təlim paketi - ENDİRİM 145 AZN [395 deyil, 295 deyil, 250 AZN]

Vebinar

EXCEL WEEK

Qiymət:

39