Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Bakı / İçəri Şəhərin əfsanələri

Turun detalları:

Başlama tarixi 25-02-2022
Bölgə: Bakı
Tədbir tipi: Şəhər
Müddət: Yarım günlük
Qida: Çay
Təşkilatçı: Backpack Azerbaijan

İçəri Şəhərin əfsanələri
İçəri Şəhərin çox qədim tarixi və həmçinin ətrafında danışılan çoxlu sayda əfasənələri var.  Elə isə Bu turda tarixə səyahət edəcəyik. Toplaşma nöqtəsi İçəri Şəhər. İlk növbədə sizə 28 rəqəminin sehirindən bəhs edək. Vaxtı ilə bu şəhərin aşağı və yuxarı məhəllələrinə 28 məscid, 28 hamam və həmçinin karvansaraylar fəaliyyət göstərib. Üstəgəl, Qız Qalasının hündürlüyü 28 metr olması çoxlarını mübhəm qarşısında aciz qoyur.  Bu turda sizə həmçinin Qız 
qalanın ətrafında “dolaşan” çoxsaylı əfsanələrdən danışacayıq. Onun adını daha çox romantik hekayətlərlə bağlayır. 



Marşrut:
• Görüş nöqtəsi Qoşa Qala Qapıları (İçəri Şəhər)  • İçəri Şəhərin sirrli və maraqlı küçələrində gəzinti
• Karavansaraylar Buxara və Multanlı
 Qız Qalası
• Çin məscidi
• Ləzzətli çay fasiləsi
• Bəylər məscidi (Quran kitab muzeyi)
 İçəri Şəhərin ən görkəmli yerləridən şəkillər çəkmək və kvest suallarında açıqcaları hədiyyə qazana bilərsiniz.  
• Məhəmməd məscidi və ya “Sınıqqala” 


Proqram:

1. Toplantı Salyan Qapıları (İçəri Şəhər)

2. İlk dayanacaq Multanlı və Buxara karvansaraylar və Qız Qalası
Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər isə son dörd il ərzində hər il TripAdvisorun “Mükəmməllik  Sertifikatı” mükafatına layiq görülüb. Qalanın təyinatı barədə çoxlu rəylər söylənilir. Onların arasında məbəd, mayak, rəsədxana kimi fikirlər var. Qız Qalası Azərbaycanda turistlər üçün ən maraqlı turizm məkanı kimi liderliyi saxlayırlar
2. 
Qız Qalası

Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və ümumilikdə İçərişəhər isə son dörd il ərzində hər il TripAdvisorun “Mükəmməllik  Sertifikatı” mükafatına layiq görülüb. Qalanın təyinatı barədə çoxlu rəylər söylənilir. Onların arasında məbəd, mayak, rəsədxana kimi fikirlər var. Qız Qalası Azərbaycanda turistlər üçün ən maraqlı turizm məkanı kimi liderliyi saxlayır.

3. Çin məscidi

Dostlar bura gəlmək üçün çin dilini bilməyə ehtiyac yoxdur. Xalq etimologiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. Çünki bu məscidin Çin adından başqa heç bir əlaqə yoxdur. Azərbaycan Xanlıqları dövrünə məxsus qızıl, gümüş və mis pul sikkələri və həmçinin Albaniya, Parfiya, Roma, Bizans və Ərəb xilafətinə aid olan pul nümunələri ilə yaxınnan tanış olacayıq
4. Çay fasiləsi

Turumuzun sonunda kiçik çay fasiləsi olacaq və hədiyyələr qazanmaq şansınız olacaq.
Gəzdiyiniz bütün yerlərdən kiçik açıqçaları hədiyyə qazana bilərsiniz.
3. Bəylər məscidi

Muzey və məscdinin birləşməsini təsəvvür edə bilərsiz? Belə məkanı öz gözlərinizlə görmək şansınız olacaq. Həm məscid həm muzeyə səyahət edəcəyik. Çünki burada müxtəlif dövrlərə aid Quran-i Kərim kitabları ilə ekspozisiya zalı nümayiş etdilir. 

4. Məhəmməd məscidi və ya “Sınıqqala” 
Niyə Sınıqqala? Bu abidənin neçə yaşı var? Burada Azərbaycanın ən qədim məscidlərindən biri olan, yəni 940dan çox yaşı olan məscidlə və onun maraqlı tarixi ilə yaxınnan tanış olacayıq, həmçinin onun necə bərpa olunması haqqında məlumat alacayıq.



Müddət: 2 saat


Bakı

İçəri Şəhərin əfsanələri

Qiymət:

50