Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Bakı / Islamın izləri

Turun detalları:

Başlama tarixi 25-02-2022
Bölgə: Bakı
Tədbir tipi: Şəhər
Müddət: Yarım günlük
Qida: Çay
Təşkilatçı: Backpack Azerbaijan

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Müxtəlif dövrlərdə ölkədə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa inanclar yayılaraq bir-birlərinə təsir göstərmişlər. Bu turda siz Bakının ən maraqlı məscidləri kəşf edə bilərsiniz və ölkədə İslam dininin inkişafının qədim kökləri ilə tanış ola bilərsiniz.

Marşrut

·       Başlama nöqtəsi Heydər Əliyev məscidi

·       Təzə Pir məscidi 

·       Bibi-Heybət məscidi

·       Salyan qapılarından İçəri Şəhərə giriş

·       İçəri Şəhərin tarixi küçələrində gəzinti

·       Cümə məscidinə giriş

·       Məhəmməd məscidi və ya “Sınıqqala” 

·       Bəylər məscidi (Quran kitablarının muzeyi)

·       Çin məscidi

·       İçəri Şəhərdə 136 müxtəlif mürəbbə növlərindən biri ilə ləzzətli çay süfrəsi

·       Yadda qalan şəkillər və hədiyyələr qazanmaq şansı 



        Dil: az, rus. ingilis

Proqram 

1.   Başlama nöqtəsi Heydər Əliyev məscidi. Heydər məscidi Qafqazda ən böyük məscidlərdən biridir. Bu məscidin özəlliyi onun Minarələrindədir, daha dəqiq desək hündürlüyündə - 95 metrdir. Burada dörd minarə var və hamısında lift işləyir. Bundan əlavə, burada təxminən 5000-7000 nəfər eyni vaxtda ibadət edə bilər.

2.
  
Təzə Pir məscidi. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsi də məhz burada yerləşir. Məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Günbəzin üstü isə Qızılqaya daşı ilə üzlənmiş, burada dekorativ elementlərlə bərabər, yuxarı hissədə "La İlahə İlləllah" kəlməsi 6 dəfə təkrar olunub.


3.
 
Bibi-Heybət məscidi. Möcüzəli yerlərdən biri Bibi Heybət məscididir və bura uzun müddət möcüzəvi xüsusiyyətlərinə görə məşhur olub. Buna sübüt olaraq: fransız yazıçısı Aleksandr Düma öz əl yazmalarında qeyd etmişdir ki, məşhur azərbaycan şairi Xurşidbanu Natəvan (Dümada — Xasay xan Usmiyevin Knyaginyası) da məbədi ziyarət edib, bir ildən az bir müddətdə oğlu olub. Daha sonra Natəvanın verdiyi ianə ilə Bakıdan Bibiheybət məscidinə yol çəkilib.

4.
  
Salyan qapılarından İçəri Şəhərə giriş

5.
  
İçəri Şəhərin tarixi küçələrində gəzinti

6.
  
Cümə məscidinə giriş. İçərişəhərdə yerləşən qədim məscidlərdən biri yəni 780-ci ildə (1378-1379) qədim atəşgah məbədinin yerində ucaldılmış Cümə məscididir. Məscid qalanın içərisində yerləşir. 1899-cu ildə uçurularaq yerində yeni bina tikildiyindən onun barəsində fototəsvirlər əsasında mühakimə yürütmək olar. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakının varlı adamlarından biri olan Hacı Şıxəli Dadaşov xeyriyyə məqsədilə qədim abidənin yerində yeni məscid ucaltmışdır. Məscidin divarlarında naqqaşlar əl ilə gözəl ornamentlər işləmiş, müqəddəs Qurani-Kərimdən surələr yazmışlar.

7.
  
Məhəmməd məscidi və ya “Sınıqqala” 
İlk dayanacaq Məhəmməd məscidi və ya “Sınıqqala”. Niyə Sınıqqala? Bu abidənin neçə yaşı var? Burada Azərbaycanın ən qədim məscidlərindən biri olan, yəni 940dan çox yaşı olan məscidlə və onun maraqlı tarixi ilə yaxınnan tanış olacayıq, həmçinin onun necə bərpa olunması haqqında məlumat alacayıq.

8.
  
Bəylər məscidi. Muzey və məscdinin birləşməsini təsəvvür edə bilərsiz? Belə məkanı öz gözlərinizlə görmək şansınız olacaq. Həm məscid həm muzeyə səyahət edəcəyik. Çünki burada müxtəlif dövrlərə aid Quran-i Kərim kitabları ilə ekspozisiya zalı nümayiş etdilir.

9.
  
Çin məscidi. Dostlar bura gəlmək üçün çin dilini bilməyə ehtiyac yoxdur. Xalq etimologiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır. Çünki bu məscidin Çin adından başqa heç bir əlaqə yoxdur. Azərbaycan Xanlıqları dövrünə məxsus qızıl, gümüş və mis pul sikkələri və həmçinin Albaniya, Parfiya, Roma, Bizans və Ərəb xilafətinə aid olan pul nümunələri ilə yaxınnan tanış olacayıq.

10.
 
Çay fasiləsi. Turumuzun sonunda kiçik çay fasiləsi olacaq və hədiyyələr qazanmaq şansınız olacaq.
Gəzdiyiniz bütün yerlərdən kiçik açıqçaları hədiyyə qazana bilərsiniz.

Bakı

Islamın izləri

Qiymət:

148