Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Şamaxı / Şərab turu

Turun detalları:

Başlama tarixi 05-02-2022
Bölgə: Şamaxı
Tədbir tipi: Şəhər
Müddət: 1 Günlük
Qida: Food
Təşkilatçı: Backpack Azerbaijan

Şamaxı / Şərab turu 

Üzümçülük və şərabçılıq mərkəzlərindən biri kimi məşhur olan rayonda yerli süfrə şərabları qədimdən hazırlanmış və karvanlar vasitəsilə yayılmışdır.
Vaxtilə Şamaxının “Abbasi” və “Maləccə” armud sortları bütün Qafqazda məşhur olmuşdur. Ulduzları və planetləri seyr etmək üçün Pirqulu ərazisində yerləşən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası burda olan hər kəsin yaddaşında çox iz buraxır.


Marşrut 
• Qədir Xumda səhər yeməyi
• Safari Park Şamaxı
• Abqora Restoranı, Şərabçılıq/ üzümçülük sahələri, şərab və pendirlər üzrə masterclass
• Nahar fasiləsi 


Proqram: 

1. Safari Park
Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda parkda 1300-ə yaxın heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var. Qafqazı IDUBA-da Şamaxı Safari park təmsil edir. Hər il konfranslar keçirilir. Konfranslar çərçivəsində yarışlar da olur. 2019-cu ildə bizim marallarımızdan biri 3-cü yeri, 2020-ci ildə isə “Xan” adlı maralamız 1-ci yeri tutub. Erkək fərdlər yarışır və buynuzun şaxələrinə, böyüklüyünə görə marala qiymət verilir.

Qeyd edək ki, bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur.

2. Meysəri kəndi, Üzüm plantasiyalarında ekskursiya, şərab və pendirlər üzrə masterclass
Fransız texnoloq Jan Montane bildirdi ki, 2015-ci ildə 40 hektar sahədə fransız sortlarından ibarət 100 min ting əkilməklə ilk üzüm bağı salınıb. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır.  Bir il sonra - 2016-cı ildə daha 40 hektar sahədə Azərbaycan, gürcü və fransız sortlarından ibarət 100 min ting əkilib.  Ən favorit şərabları “Meysəri” markası ilə “Sədəf”, “Mərcan” və “Məxməri” adlı şərablardır. Çaxırın çatdırılması bir sıra xarici ölkələrə keçirilir: Almaniya, Polşa, Belarusiya və sairə.



Şamaxı

Şərab turu

Qiymət:

98