Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Ağsu / Dilman şəlaləsi yürüşü

Turun detalları:

Başlama tarixi 18-05-2019
Bölgə: Ağsu
Tədbir tipi: Yüngül hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: 5 Mövsum

Dilman kəndi Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sülh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nın Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır.
Ağsunun İsmayıllı ilə qonşuluğunda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur.
1919-cu il tarixində ermənilər tərəfindən Dilman kəndində 558 nəfər öldürülmüşdür.
Kənd əvvəllər Şamaxı rayonunun inzibati ərazisinə daxil olub, daha sonra Ağsu rayonuna daxil edilib.

Qeyd: ərazinin mənzərə şəkillərinə "event"in müzakirə bölməsində baxa bilərsiniz.

YÜRÜŞÜN PROQRAMI

07:20 - qədər toplanış,
07:30 – Bakıdan Şamaxıya yola düşmə,
10:10 – Nivalar ilə kənddə yola düşmə,
10:30 – Kənddən şəlaləyə doğru yürüşə başlama,
12:00 – Şəlaləyə çatma,
12:00 - Sərbəst vaxt, çay və nahar fasiləsi,
15:00 – Geri qayıtma,
16:50 – Bakıya yola düşmə,
19:30 – Bakıya çatırıq

Qeyd: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec də ola bilər

YÜRÜŞ BARƏDƏ MƏLUMAT

- Məsafə: 3 km
- Çətinlik dərəcəsi: yürüş vərdişi olanlar üçün asan
- Yürüşə başlanılan nöqtənin hündürlüyü təxminən 970 m
- Duracağımız son nöqtənin hündürlüyü təxminən 1080 m

LƏVAZİMATLAR

- Bel çantası (həcmi 10-30 litr),
- Rahat geyim, su və külək keçirməyən gödəkçə,
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı,
- Gün eynəyi, - Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.),
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

TURUN 1 NƏFƏR ÜÇÜN QİYMƏTİ: 30 AZN (Tələbələr üçün 26 AZN)

QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR

- Rahat avtobus (Mercedes Sprinter),
- Dağ maşını (Niva),
- Dağ bələdçisi,
- Çay süfrəsi,
- Fotoçəkiliş.

QEYDİYYAT və ƏLAQƏ:

+99450 203 3247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

Ağsu

Dilman şəlaləsi yürüşü

Qiymət:

30