Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

İsmayıllı / Çayqovuşana səyahət

Turun detalları:

Başlama tarixi 19-05-2019
Bölgə: İsmayıllı
Tədbir tipi: Yüngül hiking
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Camp SIZ

Bir neçə dağ çayının qovuşduğu məkana gedirik.Çayqovuşan kəndində böyük əksəriyyəti ləzgilərdir.Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğulolur. Kənddən bir qədər aralıda Şahdağ Milli Parkının ərazisində ,meşə massivində Gur-Gur şəlaləsi,ondan daha hündürdə isə meşənin dərinliyində Çayqovuşan şəlaləsi yerləşir.Ögey Ana filminin(1958) çəkilişlərinin aparıldığı yerləri,həmçinin kəndin girişində partladılmış qayaları,itburnu kollarını görəcəksiniz.

Turun programı:

06:30 – Toplanma yeri (Gənclik m/s Caspian shopping çıxışı)
07:00-11:00-Bakı-İsmayıllı-İstisu kəndi
11:00 – Çayqovuşan kəndində,şəlalələrə doğru yürüşə başlayırıq.
13:00 – Gur-Gur Şəlaləsinə çatırıq.Asudə vaxt
13:30 – Çayqovuşan Şəlaləsinə doğru yürüş
14:30 – Şəlalə ətrafı meşəlikdə piknik,asudə vaxt
16:00 – Qayıdırıq (İstisuda SAFARİ-də çay süfrəsi)
17:30-21:00 –İstisu-İsmayıllı-Bakı

Turun bir nəfər üçün qiyməti 25 Azn

Tur qiymətinə daxildir:
-Milli parka giriş
-Nəqliyyat
-Tur bələdçisi
-İlkin yardım
-Fotoçəkiliş

İştirakçıda olmalıdır:
-Bel çantası(həcmi 20-35 l)
-Rahat topuqdan yuxarı ayaqqabı
-İsti şalvar və gödəkçə
-Papaq,eynək,əlcək
-Termos
-Su və qida

Qeyd –Qida və su ehtiyatınızı özünüzlə götürməyi unutmayın.

Son ödəniş tarixi: 17 May 2019

Yerlər məhdud sayda olduğundan ən tez müraciət edənlər qeydiyyata alınacaq.

ƏLAQƏ:

+99450 203 3247 Nərmin Abbaslı ilə əlaqə saxlaya bilərsiniz.

İsmayıllı

Çayqovuşana səyahət

Qiymət:

25