Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Lənkəran / Xanbulan gölü - Hirkan MP yürüş

Turun detalları:

Başlama tarixi 26-05-2019
Bölgə: Lənkəran
Tədbir tipi: Orta hiking
Müddət: 1 Günlük
Qida: Çay
Təşkilatçı: 5 Mövsum

Xanbulan gölü – Hirkan MP yürüşü | Lənkəran

Xanbulan gölü Lənkəran rayon ərazisində yerləşir. Əsrarəngiz mənzərəsi olan gölün uzunluğu 5 km-ə yaxın eni isə 2 km-dən çoxdur. O su anbarı kimi 1976-cı ildə istismara verilmişdir. Gölə gedəcəyimiz yol Hirkan meşələrindən keçir.
_____________________________
TURUN PROQRAMI

06:30 - Toplaşma (Gənclik metrosunun “Caspian” və ya köhnə Gənclik mehmanxanası tərəfə çıxışı)
07:00 – Bakıdan yola düşürük
10:30 - Lənkəran - Hirkan MP-a çatırıq
11:00 - Xanbulan gölünə doğru yürüşə başlayırıq
13:00 - 17:00 Göl kənarında gəzinti, piknik
18:00 - 21:00 Lənkəran – Bakı
__________________________

LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, əlcək və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.) ___________________________

QİDALANMA:

* Özünüzlə su ehtiyatı götürün, bundan başqa çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, termosla qaynar su götürməniz arzuolunandır.
______________________________

YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 40 AZN
_______________________________
QİYMƏTƏ DAXİL OLAN XİDMƏTLƏR:
Transport (Bakı-Hirkan MP-Bakı)
Milli Parka giriş
Çay süfrəsi
Səyhət Sığortası
Bələdçi
______________________________
NƏQLİYYAT:

- “Mersedes Sprinter”
______________________________

* Turda iştirakı ləğv etmək üçün turdan 24 saat öncə xəbər məlumat verilməlidir, əks təqdirdə ödəniş geri qaytarılmır.
______________________________
QEYDİYYAT və ƏLAQƏ:

+99450 203 3247 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz.

Lənkəran

Xanbulan gölü - Hirkan MP yürüş

Qiymət:

40