Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Hola Baku Restaurant / Gəzəyənlərin V ölkə günü: paytaxtı Mexiko olan ölkə

Turun detalları:

Başlama tarixi 18-05-2019
Bölgə: Hola Baku Restaurant
Tədbir tipi: Şəhər
Müddət: Yarım günlük
Qida: Food
Təşkilatçı: Gəzəyənlər Qrupu

Bu aralar yaman qonaqlı-qaralıyıq.
Avropadan-Asiyaya, Qərbdən-Şərqə hər ay bir ölkəni qonaq edib yola salırıq. ???? Bu dəfə qonağımız Şimali Amerikanın MEKSİKA-sıdır!
“Mariachi” sədaları altında xəyali səyahət edəcəyik. “Kuklalar adası”-dan başlayıb, Xoçimilokaya yol alacayıq. Sam Migelə yol alıb, Karmen şəhərini gəzəcəyik.

Həmçinin:
- Meksikaya getmək üçün birlikdə səbəblər müzakirə edəcəyik;
- Meksikada sehrli abu-hava yaradan Riviera Maya Caz Festivalından danışacayıq;
- Meksikaya getmək üçün viza proseduru və optimal vaxt;
- Dadlı “Meksikanskiy yeməklər” yeyəcəyik;
- Meksika geyimlərində ənənəvi profillik şəkillər çəkdirəcəyik;
- Hətta birlikdə səyahət edə biləcəyimiz MeksikaLovers-lə tanış olacayıq;
- Təbii ki, oyunumuzu da oynayıb, #KapitalBankdan #BirkartMiles qazanayıq.
-
Zaman: 18.05.2019. Saat 16:00
Məkan: “Hola Baku restourant”.

Qiymət: 17 AZN
-14 may 18:00-dək qeydiyyatdan keçsəniz, 17 AZN;
- 17 may 18:00-dək qeydiyyatdan keçsəniz 19 AZN;

Gəlin Meksikanı daha yaxından tanıyaq.????
Qeydiyyat və ödənişlə bağlı: +994502033247 Günel M-va ilə əlaqə saxlaya bilərsiniz. Sizin ödənişi bizə çatdırmağınız mümkün olmadıqda, bizimlə əlaqə saxlayırsınız. Bizim komanda üzvləri sizi harada olsanız gəlib tapıb, pulunuzu əlinizdən alacaqlar ????.

P.S.S.: Qeydiyyat tamamlandıqdan sonra, hər hansı bir səbəbdən,tədbirə ən azı 2 gün qalmış iştirakdan imtina etsəniz, iştirak üçün ödənilmiş məbləğin 50%-i geri qaytarılacaqdır. Tədbirə 1 gün qalmış və ya tədbir günü iştirakdan imtina edilərsə, ödənilmiş məbləğ geri qaytarılmayacaq. Tədbirə maraq qatmaq əvəzinə mız-mız edən, introvert olan, “pff” deyən şəxslər üçün ödəniş 98174 AZN olacaqdır ????.

Hola Baku Restaurant

Gəzəyənlərin V ölkə günü: paytaxtı Mexiko olan ölkə

Qiymət:

19