Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Lahıc / Niyaldağ Zirvə Yürüşü

Turun detalları:

Başlama tarixi 28-05-2019
Bölgə: Lahıc
Tədbir tipi: Dağ
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Camp SIZ

Əziz dostlar, 28 May 2019-cı il tarixində Niyaldağ zirvəsinə xeyriyyə məqsədli zirvə yürüşü təşkil etməyə qərar verdik. Bu fürsətdən istifadə edərək həm ölkəmizin müstəqillik gününü birlikdə təbiətdə dincələrək qeyd edə, həmçinin xeyriyyə aksiyasında iştirak edə bilərik.Beləki toplanacaq məbləğdən nəqliyyat xərcləri çıxıldıqdan sonra yerdə qalan vəsait hazırda xərçənglə mübarizə aparan Lalə Ələkbərovanın müəlicəsi üçün valideynlərinə veriləcəkdir.
Yolumuz İsmayıllı rayonunun Lahıc kəndindən başlayacaq. Zirvəyə qədər təqribən 7 km-ə yaxın məsafə qət edəcəyik. Zirvənin hüdürlüyü 2053 metrdir. Marşurutumuz kifayət qədər maraqlı və orta çətinlikdədir. Yolda Girdiman qalasının qalıqlarınada rast gələcəyik.


Turun proqramı:

06:30 Toplanırıq (Gənclik m/s Caspian shopping çıxışı)
07:00 Yola düşürük (Şamaxıda 10 dəq fasilə)
11:00 Lahıc kəndinə çatırıq
11:00-15:00 Lahıc-Niyaldağ Zirvə yürüşü
16:30 Lahıc kəndinə geri qayıdırıq
20:00 Lahıc kəndindən Bakıya yola düşürük (Şamaxıda 10 dəq fasilə)
21:00 Bakıdayıq

İştirakçıda olmalıdır:
-Bel çantası(həcmi 20-35 l)
-Rahat topuqdan yuxarı ayaqqabı
-Yürüş şalvarı və gödəkçə
-Papaq,eynək,əlcək
-Termos
-Su və qida

Qeyd: Turunun bir nəfər üçün qimyəti 30 AZN təşkil edir.

Qeyd –Qida və su ehtiyatınızı özünüzlə götürməyi unutmayın.

Əlaqə: +99450 203 3247

Lahıc

Niyaldağ Zirvə Yürüşü

Qiymət:

30