Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Gədəbəy / Gədəbəydə Tarix və Təbiətin Seyri - 2

Turun detalları:

Başlama tarixi 05-06-2019
Bölgə: Gədəbəy
Tədbir tipi: Orta hiking
Müddət: 2 günlük
Qida: Food
Təşkilatçı: 5 Mövsum

Gədəbəy deyəndə ilk yada düşən qədim tarixi abidələr, yamyaşıl otlaq sahələr, ucsuz-bucaqsız laləliklər, sıx meşələr, hündür dağlar, çay dərələri və əlbəttə ki, milli nemətə çevrilən kartofdur. Gədəbəy başqa aləmdir, elə gədəbəylilər də başqa bir cəmiyyətdir, oranın öz abu-havası var.

Gədəbəy Kiçik Qafqaz sıra dağlarının əhatəsində yerləşən, Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən rayonlarından biridir. Gədəbəy haqqında geniş yazmaq olar, amma gedib orada "Qız/Namərd", "Koroğlu" qalalarını, "Mahrasa" məbədini, Siemens qardaşlarının tikdirdiyi körpüləri, ucsuz bucaqsız yaylaqları, sıx meşələri, sərin bulaqları görüncə Gədəbəy haqqındakı bütün təsəvvürlərimiz aydın olacaq...
____________________________________________________

YÜRÜŞÜN PROQRAMI:

21:30-a qədər Bakı Dəmir Yolu Vağzalında (28 May-da) toplanırıq (04.06.2019).
21:50 – Bakı – Böyükkəsik qatarı ilə yola düşürük (Bakıdan 4 İyun tarixində gecə ayrılırıq)


I GÜN (05.06.2019)

05:28 – Dəllər (Şəmkir) stansiyasında düşürük
06:00 – səhər yeməyi (kafedə)
07:00 - Gədəbəyə yola düşürük (avtobus/mikroavtobus)
07:40 - Yasamal dağının dolaylarında mənzərə fotoları çəkirik
08:40 – Gədəbəyə çatırıq (* Slavyanka və ya Düzyurd kəndlərinin sahələrində Lalə güllərinin arasında foto yarışı-kim çox çəkdirdi )) sonra da yollanırıq Simens qardaşlarının tikdirdiyi körpülərə
10:00 – Körpülərdə yürüşə başlayırıq
13:00 – Kənd evində nahar
14:00 – "Koroğlu" qalasına yollanırıq
14:45 - Koroğlu qalasına çatırıq
15:30 - "Koroğlu" qalasından "Mahrasa" məbədi və "Qız" (Namərd) qalası istiqamətinə yollanırıq (yolsuzluq maşını ilə)
17:30 - "Qız" qalasının ətəyində Şəmkirçayın sahilində kamp yerinə çatıb çadırlarımızı qurmağa başlayırıq
19: 00 - Sərbəst vaxt
20: 00 - Kamp ocağı ətrafında toplanırıq, şam yeməyi
22:00 - Yatmaq üçün yavaş-yavaş çadırlarımıza çəkilirik

II GÜN (06.06.2019)

08:00 - Yuxudan oyanma, səhər yeməyi və çadırların yığılması
10:00 - "Qız" qalası və "Mahrasa" məbədi ərazisini gəzirik (ırazi kifayət qədər böyükdür, mənzərəlidir və gəziləsi yerlər çoxdur)
14:00 - Kəndə qayıdırıq (yolsuzluq maşını ilə)
15:00 - Kənd evində nahar
16:00 - Yaxın ərazilərdəki digər tarixi abidələri və mənzərəli yerləri gəzirik
19:00 - Gədəbəydən Şəmkir rayonuna doğru gedirik
20:30 - Şam yeməyi və sərbəst vaxt
22:00 - Dəllərə (qatar stansiyası-Şəmkir) qatarımızı gözləyirik
22:26 - Bakıya yola düşürük
06:10 - Bakıdayıq (07.06.2019)
____________________________________________________

YÜRÜŞ BARƏDƏ MƏLUMAT:

I GÜN

- "Qanlı" körpü- Koroğlu qalas; 9 km (çətinlik dərəcəsi: asan)
- Mahrasa məbədi - Kamp yeri: 1 km (çətinlik dərəcəsi: orta)


II GÜN

- Kamp yeri- "Qız" qalası, gediş-dönüş: 3 km (çətinlik dərəcəsi: orta çətin)
- Qız qalası - "Mahrasa" məbədi: 2 km (çətinlik dərəcəsi: orta)

GÖRÜLƏCƏK YERLƏR:
* Slavyanka kəndindəki laləliklər
*Siemens qardaşlarının tikdiyi qanlı Körpülər (ən azı 3 ədədini)
*Koroğlu qalası
*Qız qalası
*Mahrasa məbədi
*Digər tarixi abidələr (vaxt qalsa)
*Ucsuz bucaqsız yaylaqlar və dağlar
*Dərin meşəliklər
*Şəmkirçayın dərəsi
*Şəmkirçay və Missuçayının birləşdiyi ərazi
___________________________________________________

LƏVAZİMATLAR:
- Bel çantası (həcmi 35-65 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı (kamp yerində dolaşmaq üçün şəpit)
- Gün eynəyi
- Günəş kremi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan , diş pastası, əl-üz dəsmalı və s.)
- Yürüş üçün ağaclar
- Çadır, yataq kisəsi, mat (olmayan kirayə götürə bilər)
___________________________________________________

QİDALANMA:
* Özünüzlə bir günlük yemək və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz,müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır. )
* Səhər yeməyi üçün yoqurt, cicibebe almağınız məsləhətdir
* Hər kəs özü ilə közdə bişirmək üçün 3 ədəd kartof götürsün, daşımaq üçün uyğun qabınız varsa yumurta da götürə bilərsiz.
* Közdə qızartmaq üçün sosiska da götürə bilərsiz
___________________________________________________
YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 115 AZN

Ödənişə daxildir:
* 1-ci gün səhər yeməyi
* 1-ci və 2-ci günün günorta yeməyi
* 2-ci günün şam yeməyi
* Nəqliyyat 1 (Dəllər-Gədəbəy)
* Nəqliyyat 2 ("Mahrasa" qalasına yolsuzluq maşını)
* sığorta
* bələdçilik

Ödənişə daxil deyil:
*Qatar biletləri
Hər kəs öz arzu və seçiminə görə Plaskart, Kupe və SV seçə bilər
( bilet sifarişi bu linkdə: https://ticket.ady.az/az/sale/az )
* 1-ci günün şam yeməyi (çünki özünüzlə götyürdüyünüz kartof, sosis, konserva və s. yeməkləriniz olacaq)
* 2-ci günün səhər yeməyi (yoqurt və cicibebeni boşuna almırsız ki ))
___________________________________________________
QEYDİYYAT və ƏLAQƏ:

+99450 203 32 47 Nərmin Abbaslı ilə əlaqə saxlaya bilərsiniz.

Qeyd: Səfərimiz bayram günləri olacağı üçün tez bir zamanda qeydiyyatdan keçib biletləri almağınız məsləhətdir. Ay sonuna doğru qatarlarda boş yer qalmama ehtimalı yüksəkdir.
İştirakçılarla danışıb, biletləri nə qədər tez alsaq bir vaqonda getmək ehtimalımız o qədər çox olar, belədə yol da maraqlı və əyləncəli olar. Bunun üçün tez qərar verib biletləri birlikdə almalıyıq ki, ayrı düşməyək ))

Gədəbəy

Gədəbəydə Tarix və Təbiətin Seyri - 2

Qiymət:

115