Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Xızı / Gəzəyənlərin 29-cu Turu: Altıağacda Frisbee

Turun detalları:

Başlama tarixi 02-06-2019
Bölgə: Xızı
Tədbir tipi: Piknik
Müddət: 1 Günlük
Qida: Ekotur
Təşkilatçı: Gəzəyənlər Qrupu

2 iyun gedirik gəzək, biz Xızı dağlarını. Dedik getmişkən Altıağac cənnətində Frisbee də oynasaq, kefimizə heç nə soğan doğramaz. Hələ piknikimizi demirəm… Hamı yığışır süfrənin başına, pomidor-xiyarlı yeyif-işməhlə “zaryatka”mızı yığırıq və bütün günü əylənirik.
Tur hər kəs üçündür. “Axı mən Frisbee bilmirəm” deyənlər üçün də. 5 dəqiqəyə oyunu başa salacayıq və sonda hamı yorulanda məhz həmin şəxs yorulmayacaq. Baxarsız :D

Tur planı
07:00 – Gənclik Mall’un qarşısında görüş
07:30 – Gediriy Xızı dağlarına
09:00 – Xızıya-Altıağaca çatıb kamp atırıq
10:00 – Dağ-meşə zonasında qısa təbiət yürüşü edirik
12:00 – Piknik ərazisinə qayıdırıq. Nahar fasiləsi
13:00 – Frisbee Time! Oyuna başlayırıq!
17:30 – Bakıya qayıdırıq
19:00 – Bakıdayıq

Turun qiyməti:
30 may 18:00-dək qeydiyyatdan keçsəniz – 29 AZN
31 may – 1 iyun arası isə - 32 AZN
Şəxsi avtomobil ilə qoşulmaq istəyənlərçün – 19 AZN

Qiymətə aşağıdakılar daxildir:

- Bakı-Xızı-Bakı Nəqliyyat
- Limitsiz samovar çayı
- Hərcür nazınızı çəkəcək Bələdçi Frisbee`çilər :D
- Səyahət Sığortası
- Frisbee təlim və Oyun Həyəcanı
- Yaxşı Profil Fotoluq şəkillər

Lazımi Ləvazimatlar:
- Bel çantası (həcmi 10-30 litr)
- Rahat idman geyimi, su və külək keçirməyən gödəkçə,idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Qida. Özünüzlə yarım günlük yemək (nahar) və su ehtiyatı (1l) götürülməlidir. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar ola bilər (termosla qaynar su götürmək də arzuolunandır. )

Rezervasiya:
Turda iştirak üçün +99450 203 32 47 Narmin Abbasli ilə əlaqə saxlaya bilərsiniz. Ödənişi həm onlayn, həm də nağd formada həyata keçirə bilərsiniz. Expresspay terminalı ilə də ödəniş mümkündür. Bunun üçün
Express Pay terminalı

Bank Xidmətləri > ExpressBank > Bank Kartları

ID: 678417

Pin: 5K0BU2K

Qeyd:
#1 Tura 5 gün qalmış iştirakdan imtina edilərsə ödənişin 50%-i geri qaytarılır.
#2 Tur günü və ya tura iki gün qalmış ödənişin heç bir hissəsi geri qaytarılmır.

Xızı

Gəzəyənlərin 29-cu Turu: Altıağacda Frisbee

Qiymət:

32