Axtardığın burada
+994502033247 Suallarınız üçün daha ətraflı
+994502033247 Suallarınız üçün daha ətraflı
Dili seçin:

Bakı / Gəzəyənlərin 30-cu turu: Maze Runner in Tarqovıy

Turun detalları:

Başlama tarixi 05-06-2019
Bölgə: Bakı
Tədbir tipi: Şəhər
Müddət: 1 Günlük
Qida: Çay
Təşkilatçı: Gəzəyənlər Qrupu

Gəzəyənlərin 30-cu Yürüşü: Maze Runner in “Tarqovıy”
İçərişəhər labirinti gəzəyənləri çox sıxmadı deyəsən. Eybi yox, sıxarıq. :D Bu dəfə Nizami küçəsindən başlayan turda Azneftin kruqundan tutmuş, Bayıla qədər hər yerdə özünüzü tapa bilərsiz. :D Piyada başladığınız turun on dəqiqə sonrası Baku Bus`da, iyirmi dəqiqə sonrası metroda, 1 saat sonrası isə
restoranda olmaq teleportasiyasız da mümkündür. Necə? – Onu da tura qoşulduqdan sonra öyrənərsiz :D

Labirint proqramı:
16:00 – Mc Donalds əminin qarşısında digər runner`lərlə tanışlıq
16:30 – Son isinmə hərəkətləri (yayın cırhacırında :D) və axtarış başlayır
19:30 – “Game is over”... Qalib komanda 30 azn`i qoyur cibinə :D

Labirintə giriş:
1 nəfər üçün – 15 AZN
4 nəfərlik qrup şəklində isə solo - 12 AZN

Qiymətə daxildir:
-Çərəz (gizli sendviçlər və şirin su)
-Çay süfrəsi
-Fotosessiya
-Əjdaha runner xidməti

Runner`lərdə olmalıdır:
-Tərləməyən ket :D
-Pozitiv aura #yaxşıgörəy
-Maksimum həvəs

Qeydiyyat və ödənişlə bağlı Narmin Abbasli ilə əlaqə saxlayın: 050-203-32-47
Runnerlər bilməlidir:
#1 Tura 5 gün qalmış iştirakdan imtina edilərsə ödənişin 50%-i geri qaytarılır.
#2 Tur günü və ya tura iki gün qalmış ödənişin heç bir hissəsi geri qaytarılmır. (divarlar bağlıdır, üstündən
keçə bilsəz, ödənişi alarsız)

Bakı

Gəzəyənlərin 30-cu turu: Maze Runner in Tarqovıy

Qiymət:

15